Şimali Kipr Türk Respublikası Azərbaycan xalqını və qəhrəman Azərbaycan Ordusunu 5 il əvvəl qazanılmış Qarabağ zəfəri münasibətilə ürəkdən təbrik edir. Prezident İlham Əliyevin liderliyi ilə birlik olan Azərbaycan xalqının şanlı Qələbəsi bizim üçün böyük fəxr mənbəyidir.
Fact-info.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer Şimali Kiprin müstəqilliyinin 42-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.
O bildirib ki, parlamentlərimiz arasındakı dostluq qrupları fəaliyyətə başladığı gündən etibarən çox məhsuldar və səmərəli çalışırlar.
“Cənubi Qafqazın sülhün və sabitliyin hökm sürdüyü bir coğrafiyaya çevrilməsi üçün bütün tərəflərin hüquqlara və qanunlara hörmət göstərməsi vacibdir. Böyük türk millətinin ayrılmaz hissəsi olan Kipr türkü olaraq, dövlətimizin və Ana Vətənimiz Türkiyənin dəstəyi ilə daha da güclənməyə, əzmlə və qərarlılıqla irəliləməyə davam edirik.
Ana Vətənimizin güclü siyasəti və iradəsi Şərqi Aralıq dənizində və yaşadığımız torpaqlarda qanuni haqlarımızın və maraqlarımızın ən böyük təminatıdır. Bu duyğularla biz Türkiyəyə, Türk Silahlı Qüvvələrinə və Kipr Türk Sülh Qüvvələri Komandanlığına etibar edirik”, - deyə U.Turganer vurğulayıb.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
