FACT-INFO.AZ » SİYASƏT » Teodora Marin: Şimal–Cənub nəqliyyat dəhlizi Azərbaycanın regional çəkisini daha da artıracaq
13-11-2025, 22:00 | SİYASƏT
Teodora Marin: Şimal–Cənub nəqliyyat dəhlizi Azərbaycanın regional çəkisini daha da artıracaq

Rumıniyalı siyasi şərhçi Teodora Marin hesab edir ki, Şərq–Qərb nəqliyyat dəhlizi və Zəngəzur dəhlizi istiqamətində ardıcıl atılan praktiki addımlarla yanaşı, Şimal–Cənub nəqliyyat dəhlizinin (ŞCND) reallığa çevrilməsi prosesi də yeni geosiyasi reallıq formalaşdırır və bu mənzərənin mərkəzində məhz Azərbaycan dayanır. Onun fikrincə, ötən ay Bakıda Azərbaycan Baş nazirinin müavini, Rusiya Federasiyası Hökuməti sədrinin müavini və İranın yol və şəhərsalma nazirinin iştirakı ilə keçirilən görüş ŞCND üzrə proseslərin kağız üzərindən çıxaraq konkret icra mərhələsinə keçdiyini göstərir. Bu, bir tərəfdən Xəzər hövzəsini körfəzi və Hind okeanı ilə birləşdirən strateji xəttin möhkəmlənməsi, digər tərəfdən isə Azərbaycanın həm Şərq–Qərb, həm də Şimal–Cənub oxlarında kəsişən mərkəzi nəqliyyat qovşağına çevrilməsi deməkdir.

Teodora Marin qeyd edir ki, ŞCND-yə maraq göstərən əsas oyunçulardan biri də Hindistandır. Dəhliz bu ölkəyə həm Avropa bazarlarına daha qısa çıxış, həm də Rusiya, İran və digər region ölkələri ilə ticarətin daha səmərəli qurulması imkanı verir. Lakin o vurğulayır ki, geosiyasi hesablamalar təkcə iqtisadi maraqlarla məhdudlaşmır. Azərbaycanın baxış bucağından Hindistanın son illərdə Ermənistanı silahlandırması, Bakıya qarşı qeyri-dost ritorika sərgiləməsi və daxili siyasətdə islamofobiya ilə bağlı tənqidlərə məruz qalması diqqətdən kənarda qalmır. “Bu vəziyyət Azərbaycan üçün əlavə rıçaqlar formalaşdırır. ŞCND-nin ən əsas hissələrindən biri Azərbaycan ərazisindən keçdiyi üçün marşrutun işlək olmasında Bakının qərarı həlledici əhəmiyyət daşıyır. Hindistanın addımları nəticə etibarilə bu ölkənin həm Xəzər hövzəsi, həm də Cənubi Qafqaz nəqliyyat arxitekturasından tədricən təcrid olunması riskini artırır. Başqa sözlə, rəsmi Nyu-Dehli öz yanlış seçimləri ilə özünü kənara sıxışdıran tərəf kimi görünür.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan–Pakistan münasibətləri tarixi olaraq ən yüksək səviyyəyə çatıb, Türkiyənin də qoşulduğu Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli formatı regionda siyasi və təhlükəsizlik baxımından mühüm güc mərkəzinə çevrilib. Pakistanın artıq Ermənistanla diplomatik əlaqələr qurmağa başlaması fonunda belə Dehlinin bölgədə “kənarda qalan oyunçu” təsviri daha da güclənir. Nəticədə maraqlı paradoks yaranır – Pakistan həm Azərbaycanla strateji müttəfiqliyini qoruyur, həm də Cənubi Qafqazla ayrıca əlaqə kanalları açır, lakin prosesin geosiyasi mərkəzi yenə də Bakı olaraq qalır.

T.Marin vurğulayır ki, Azərbaycanın nüfuzu və manevr imkanları məhz bu konfiqurasiya fonunda daha aydın görünür. Bakı həm Şərq–Qərb, həm də Şimal–Cənub dəhlizləri üzrə əsas oyunçu olmaqla yanaşı, marşrutların texniki koordinasiyasından daha çox, siyasi və iqtisadi şərtlərin formalaşmasında söz sahibinə çevrilib.

Nəticə etibarilə şərhçi belə qənaətə gəlir ki, Şimal–Cənub dəhlizi ətrafında gedən proseslər Azərbaycanın regional çəkisini daha da gücləndirir. Bu yeni reallıqda Bakı həm region dövlətləri, həm də Cənubi Asiya və Avrasiya gücləri üçün məcburi dialoq ünvanına çevrilir.




Baxış sayı: 115
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30