Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) mətbuat xidmətindən bildiriblər ki, MQF-nin məcburi köçkün və qaçqınlarla iş bölməsinin və elm mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən görüşün məqsədi azərbaycanlıların deportasiya olunmasının səbəblərinin, ölkəmizin qədim tarixi maddi-mədəniyyət abidələrinə münasibət, yerli toponimlərin, yer adlarının dəyişdirilməsi və bununla bağlı digər məsələlərin araşdırılması olub.
Görüşdə irəvanlı məcburi köçkünlər xatirələrini danışaraq “Böyük Ermənistan yaratmaq” xülyasına düşən, “Daşnaksütyun” partiyasının millətçi prinsiplərini dəstəkləyən ermənilərin daim azərbaycanlılara qarşı düşmən mövqedə olduqlarını, öz ata-baba yurdlarında hər zaman ermənilər tərəfindən haqsızlıqlara, cinayətlərə məruz qaldıqlarını bildiriblər. Məcburi köçkünlər, həmçinin bu münasibətin Ermənistanın dövlət və hökumət orqanları səviyyəsində təşkil olunduğunu, İrəvandakı maddi-mədəniyyət abidələrimizin dağıdıldığını söyləyiblər.
Tədbirdə İrəvan tarixi ilə bağlı nadir fotoşəkillər, Ermənistan Ali Sovetinin qərarı ilə Azərbaycan toponimlərinin, yer adlarının dəyişdirilməsi barədə İrəvanda çap olunmuş məcmuə müzakirə olunub.
Görüşdə şahidlərin söylədikləri tarixi faktların Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması qərara alınıb.
Baxış sayı: 2 600
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

