FACT-INFO.AZ » SİYASƏT » Ömər Kocaman: TDT regional təhlükəsizlik və strateji əməkdaşlıq baxımından mühüm platformaya çevrilir
4-11-2025, 19:30 | SİYASƏT
Ömər Kocaman: TDT regional təhlükəsizlik və strateji əməkdaşlıq baxımından mühüm platformaya çevrilir

Türk Dövlətləri Təşkilatı (TDT) üzv dövlətlər arasında siyasi və təhlükəsizlik əməkdaşlığını daha yüksək səviyyəyə qaldırmaq istiqamətində ardıcıl addımlar atır. Fact-info.az xəbər verir ki, bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 18-ci iclasında çıxış edən TDT Baş katibinin müavini Ömər Kocaman deyib: "Dövlət başçılarının təşəbbüsü ilə keçirilən son Zirvələrdə, xüsusilə Qəbələ Zirvəsində regional sülh və təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub".

O vurğulayıb ki, Zirvənin yekun bəyannaməsində qəbul edilən qərarlar, liderlərin çıxışlarında səsləndirdikləri fikirlər təşkilatın bölgədə sabitliyin və siyasi dialoqun təşviqində getdikcə daha təsirli bir platformaya çevrildiyini göstərir.

“TDT artıq iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində deyil, həm də siyasi, strateji və təhlükəsizlik istiqamətlərində fəal fəaliyyət göstərən mühüm regional quruma çevrilir. Qəbələ Bəyannaməsində də vurğulandığı kimi, Türk dövlətləri qlobal dalğalanmalar şəraitində həmrəy şəkildə hərəkət edərək yeni beynəlxalq təhlükəsizlik mühitinə kollektiv duruşla uyğunlaşmaq iradəsini nümayiş etdiriblər”, – deyə Ömər Kocaman bildirib.

TDT rəsmisi əlavə edib ki, liderlər çoxşaxəli strateji əməkdaşlığın dərinləşdirilməsi və regional sülhün qorunması istiqamətində ortaq məsuliyyətlər götürüblər. Bu çərçivədə Türk dövlətlərinin “Dostluq və Qardaşlıq Müqaviləsi” üzərində işləri sürətləndirmək barədə razılığa gəlmələri xüsusi əhəmiyyət kəsb edir.

Zirvədə, həmçinin sülh və təhlükəsizliyi təhdid edən humanitar böhranlar da daxil olmaqla yeni çağırışlar fonunda əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Ömər Kocaman bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı xüsusilə diqqət çəkib: “Prezident İlham Əliyev beynəlxalq hüququn əsas prinsiplərinin ciddi şəkildə pozulduğu bir dövrdə Türk dövlətlərinin vahid güc mərkəzi kimi birləşməsinin və hərbi-siyasi əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb. Onun bu çağırışı Azərbaycanın sədrliyi dövründə Təşkilatın fəaliyyətinə strateji istiqamət verəcək”.

Qəbələ Zirvəsi üzv dövlətlərin müdafiə sənayesi, terrorizmə və radikalizmlə mübarizə, habelə sərhədyanı, kibertəhlükəsizlik və digər risklər sahəsində birgə fəaliyyətini gücləndirmək niyyətini bir daha təsdiqləyib:

“Zirvədə qəbul edilən qərarlara əsasən, TDT-nin təhlükəsizlik ekosistemi formalaşdırılacaq, regional sabitliyin qorunmasına yönəlmiş ortaq mexanizmlər inkişaf etdiriləcək”.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ildə terrorla mübarizə və koordinasiyalı təhlükəsizlik fəaliyyətlərinə həsr olunmuş ortaq hərbi təlimlərin keçirilməsi barədə təklifinin üzv dövlətlər tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.

Sonda Ömər Kocaman qeyd edib ki, Türk Dövlətləri Təşkilatının qarşıdakı mərhələdə əsas məqsədi regionda sülh, sabitlik və təhlükəsizliyin təmininə yönəlmiş ortaq strateji fəaliyyətin dərinləşdirilməsi olacaq.




Baxış sayı: 145
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30