FACT-INFO.AZ » SİYASƏT » Türk Dövlətləri Təşkilatı ölkələri BTQ-nin imkanlarından istifadəni genişləndirmək niyyətindədir
1-11-2025, 10:00 | SİYASƏT / İQTİSADİYYAT
Türk Dövlətləri Təşkilatı ölkələri BTQ-nin imkanlarından istifadəni genişləndirmək niyyətindədir

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Nicat Quliyev 30-31 oktyabr tarixlərində Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dəmiryol idarələri rəhbərlərinin 3-cü iclasında iştirak edib.

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY)bildirilib ki, iclasda TDT dövlət başçılarının 2024-cü ildə qəbul etdikləri Şuşa Bəyannaməsi və 2025-ci ildə qəbul edilmiş Qəbələ Bəyannaməsindən irəli gələn məsələlər, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal nəqliyyat daşımalarının inkişafı, dəmir yolu, liman və nəqliyyat-logistika əməliyyatlarının təşviqi və rəqəmsallaşdırılması, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin imkanlarından istifadənin genişləndirilməsi, eləcə də Zəngəzur dəhlizinin potensialı kimi məsələlər müzakirə edilib.

Həmçinin, TDT üzv dövlətləri arasında dəmir yolu ilə yük daşımalarının cari vəziyyəti və yük həcmlərinin artırılması perspektivləri nəzərdən keçirilib. Bu kontekstdə tarif siyasəti, infrastrukturun inkişafı, sərhəd keçid məntəqələrinin buraxıcılıq qabiliyyətinin artırılması və milli dəmir yolu şəbəkələrinin qovşaqlarında əməkdaşlığın gücləndirilməsi kimi əsas istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

İştirakçılar nəqliyyat əməliyyatlarının səmərəliliyinin artırılması və TDT regionu daxilində tranzit marşrutlarının rəqabətqabiliyyətinin təmin olunması üçün əlaqələndirilmiş tədbirlərin görülməsinin və region boyunca dayanıqlı və fasiləsiz nəqliyyat zəncirlərinin yaradılmasının zəruriliyini vurğulayıblar.

İclasda TDT-nin dəmir yolları üzrə işçi qrupunun fəaliyyətinin daha da aktivləşdirilməsi və gücləndirilməsi barədə qərar qəbul edilib. Qeyd olunub ki, qrupun iclaslarının daha müntəzəm keçirilməsi qəbul edilmiş qərar və təşəbbüslərin əlaqələndirilmiş şəkildə icrasını təmin edəcək.




Baxış sayı: 140
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30