FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycanla Dünya Bankı arasında maliyyə idarəçiliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
30-10-2025, 15:30 | İQTİSADİYYAT
Azərbaycanla Dünya Bankı arasında maliyyə idarəçiliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Fact-info.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi, dövlət maliyyəsinin idarə olunması və fiskal siyasət üzrə imkanlar və yeni çağırışlar, həmçinin potensial tərəfdaşlıq istiqamətləri müzakirə olunub.

Nazir Sahil Babayev bildirib ki, Azərbaycan Respublikası Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verir. Ölkəmiz Dünya Bankına üzv olduqdan sonra Bankın maliyyə dəstəyi, texniki ekspertizası və tövsiyələri infrastruktur, təhsil, səhiyyə və dövlət idarəçiliyi kimi əsas sahələrdə inkişafa əhəmiyyətli töhfə verib. Bu əməkdaşlıq, eyni zamanda, enerji, nəqliyyat və sosial xidmətlər üzrə layihələrin irəliləməsinə, həmçinin davamlı inkişafa və makroiqtisadi sabitliyin təmin edilməsinə xidmət edib.

Görüş zamanı Dünya Bankı tərəfindən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrə Potensialın Gücləndirilməsi” layihəsinin icrası da diqqət mərkəzində olub, Maliyyə Nazirliyinin təqdim etdiyi dövlət maliyyəsinə baxış, rəqəmsal həllər və informasiya sistemlərinin qiymətləndirilməsi və potensialın gücləndirilməsi ilə bağlı təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, rəqəmsal həllər və informasiya sistemlərinin qiymətləndirilməsi çərçivəsində Dünya Bankının missiyası nazirlikdə diaqnostik təhlil aparacaq. Bu təhlil nazirliyə mövcud vəziyyəti təhlil etməyə, boşluqları müəyyənləşdirməyə və vahid Dövlət Maliyyə İdarəetmə İnformasiya Sisteminin arxitekturasının formalaşdırılması üçün gələcək inkişaf istiqamətlərini müəyyən etməyə imkan verəcək.

Öz növbəsində, Əsəd Ələm maliyyə idarəçiliyi və fiskal siyasətin təkmilləşdirilməsi sahəsində Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirərək, sözügedən layihənin uğurlu icrasının dövlət maliyyəsinin idarə olunmasının səmərəliliyinə və dayanıqlığın artırılmasına mühüm töhfə verəcəyini bildirib.

Görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.




Baxış sayı: 85
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30