FACT-INFO.AZ » İQTİSADİYYAT » İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin təşəbbüsü ilə “İslam Maliyyə Forumu-2025” keçirilib
24-10-2025, 21:00 | İQTİSADİYYAT
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin təşəbbüsü ilə “İslam Maliyyə Forumu-2025” keçirilib

2025-ci il oktyabrın  23-də  ölkəmizdə artıq  II dəfə  təşkil olunan “İslam Maliyyə Forumu-2025”   forumu  keçirilib. Tədbir   İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin  (SER) təşəbbüsü, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi, Azərbaycan Respublikası Mərkəzi Bankının, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM), AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Türkiyə Katılım Bankalar Birliyinin (TKBB), AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA), UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzi və MÜSİAD Azərbaycanın birgə tərəfdaşlığı və ‘’Hazel’’  şirkətinin sponsorluğu  ilə baş tutub.

Tədbir dövlət himninin səsləndirilməsi və Qurani-Kərimin tilavətindən sonra rəsmi açılış nitqləri ilə açıq elan olunub.

  UNEC-in Tələbələrlə iş üzrə prorektoru i.e.n., dos. Səadət Qəndilova, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, millət vəkili Ceyhun Məmmədov, Mərkəzi Bankın Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, T.C. Cumhurbaşkanlığı Yatırım və Finans Ofisi Finans Dairesi Başkanı Dr. Tarık Akın,  Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva və İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, i.f.d. Ruslan Atakişiyev çıxış ediblər. Məruzəçilər İslam maliyyəsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yaşıl sərmayənin təşviqi və Azərbaycanda İslam maliyyə mexanizmlərinin inkişafına dair yeni təşəbbüslərin müzakirəsi baxımından mühüm platforma rolunu oynadığını vurğulayıblar.

Tədbirin I sessiyası “Azərbaycanda İslam maliyyəsinin müasir çağırışları” mövzusuna həsr olunub. Sessiyaya i.f.d. Ruslan Atakişiyev moderatorluq edib.

  Spikerlər  i.e.d., professor Zahid Məmmədov “İslam sərmayəsinin inkişafının əsas istiqamətləri: Qlobal çağırışlar və Azərbaycan üçün yeni imkanlar”, Dr. Tarık Akın “Türkiye-Azerbaycan arasında Katılım Finans İş Birliklerinin Geliştirilmesi” və Gürkan Yılmaz “İslam Bankçılığında Türkiyə təcrübəsi” mövzularında  çıxışları ilə iştirak ediblər.

    “İslam ölkələrinin iqtisadi resursları”  II sessiyasına i.e.d. Aqil Əsədovun moderatorluq edib. Həmin sessiyada çıxış edən  İ.f.d. Ruslan Atakişiyev “ Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi “ layihəsininin icrası  çərçivəsində Dubay, Manama və İstanbulda keçirilmiş görüşlər haqqında məlumat verib.

Təqdimat zamanı Qarabağ və Şərqi Zəngəzurun ekoloji dayanıqlı iqtisadi inkişafı, “yaşıl enerji” və innovativ sərmayə layihələrinin bölgənin gələcək inkişaf strategiyasında mühüm yer tutduğu vurğulanıb.

  İslam bankçılığı üzrə ekspert Anar Yusufzadə isə “İslam ölkələrindən Azərbaycana investisiya cəlbi: KOB-lar üçün yeni imkanlar” və  i.f.d. Vüsalə Cəfərova isə “İslam ölkələrinin bərpa olunan enerji resursları” mövzusunda çıxış ediblər.

Konfransda dövlət qurumlarının, ali təhsil müəssisələrinin, maliyyə institutlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri,  eləcə də media nümayəndələri iştirak ediblər.

 Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim olunub, daha sonra iştirakçılar arasında şəbəkələşmə sessiyası keçirilib və xatirə şəkli çəkilib.

 Fact-info.az

 

 




Baxış sayı: 270
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30