Ata Corc Buşdan indiyədək Amerika Birləşmiş Ştatlarının (ABŞ) hər bir Prezidenti Ermənistanla Azərbaycan arasında münaqişənin həllini tapmaq üçün sülh təşəbbüslərini irəli sürdü, lakin hamısı uğursuz oldu. Bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Dayns Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bəziləri lazımi şəkildə resurs təqdim etməyib və ya prioritet hesab olunmayıb, digərləri isə buna nail ola bilməyiblər. “Bu Tramp administrasiyasının Cənubi Qafqazda sülh əldə etməyi prioritet hesab etdiyi bir vaxtda baş verdi. Həm Ermənistan, həm də Azərbaycan ABŞ-la unikal tərəfdaşlıq şəraitində müstəqil gələcəyə doğru üz tutdu. Deməliyəm ki, Stiv Uitkofun komandası dərhal bu müqavilənin ən çətin məsələlərini həll etməyə başladı. Amerikalı danışıqçılar “Tramp marşrutu” innovativ konsepsiyası ilə çıxış etdilər. TRIPP layihəsi Azərbaycanı Naxçıvanla birləşdirəcək, eyni zamanda, yeni bir ticarət yolu yaradacaq. Təbii ki, Azərbaycan, Ermənistan və digər regional dövlətlər bundan faydalanacaq”,- deyə senator əlavə edib.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
