Strateji coğrafi yerləşməsi və nəqliyyat infrastrukturuna yatırılan böyük sərmayələr Azərbaycanın Avrasiyada mühüm nəqliyyat-logistika mərkəzi kimi mövqeyini möhkəmləndirib.
Fact-info.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunda çıxışında bildirib.
Baş nazir deyib ki, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə ölkəmiz tərəfindən ardıcıl iş aparılır: “Keçən il Bakı–Tbilisi–Qars dəmir yolunun daşıma qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Eyni zamanda ölkənin əsas dəmir yolları və avtomobil yolları şəbəkəsinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyondan 25 milyon tonadək artırılması məqsədilə ikinci genişləndirilmə mərhələsinə start verilib. Azərbaycan Xəzərin ən böyük ticarət donanmasına, həmçinin regionun ən böyük yükdaşıma aviaşirkətinə malikdir. Cari ilin may ayında Laçında ölkəmizin 9-cu beynəlxalq hava limanı açılıb. Hazırda Ələt Azad İqtisadi Zonasında yeni beynəlxalq karqo hava limanının tikintisi davam edir. Bu və bir sıra digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib. Onu da qeyd edim ki, bütün bu layihələr Orta dəhlizin tərkib hissəsidir”.
Baxış sayı: 85
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
