FACT-INFO.AZ » İQTİSADİYYAT » Beynəlxalq tədbirdə Xəzərin problemlərindən söhbət açılıb
21-10-2025, 11:30 | İQTİSADİYYAT
Beynəlxalq tədbirdə Xəzərin problemlərindən söhbət açılıb

Xəzər dənizinin dayazlaşması kimi ekoloji böhrana hələ də ehtiyac duyulduğu və ya layiq olduğu qlobal diqqət ayrılmır.

Fact-info.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Ümumdünya Meteorologiya Təşkilatının Konqresi çərçivəsində 2022-ci ildə BMT-nin Baş Katibi Antonio Quterreş tərəfindən irəli sürülən "Hər kəs üçün Erkən Xəbərdarlıq" (EarlyWarnings4ALL) təşəbbüsünə həsr olunmuş yüksək səviyyəli tədbirdə çıxışı zamanı bildirib.

O, çıxışında Azərbaycan Prezidentinin rəhbərliyi ilə ötən il ölkədə keçirilən COP29-un uğurlu nəticələri, o cümlədən qəbul edilən Bakı Adaptasiya Yol Xəritəsinin və COP29-da razılaşdırılmış yeni maliyyə hədəfi barədə ətraflı məlumat verib, bunun həssas ölkələrdə effektiv adaptasiya tədbiri olan erkən xəbərdarlıq sistemlərinin yaradılması üçün onların zəruri ehtiyaclarının ödənilməsində mühüm rol oynayacağını qeyd edib.

U.Tağıyeva, eyni zamanda, tədbir iştirakçılarını ölkədə dövlət investisiyaları çərçivəsində son beş ildə erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi, modernizasiya tədbirləri sayəsində avtomatlaşdırılmış müşahidə sistemlərinin 73 %-ə çartırılması barədə məlumatlandırıb, 2027-ci ilədək olan hədəflərdən, həmçinin erkən xəbərdarlıq sahəsində Ümumdünya Meteorologiya Təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı və Yaşıl İqlim Fondu ilə əməkdaşlıqdan bəhs edib.

Nazir müavini həmçinin vurğulayıb ki, 2026-cı ildə Dünya Ətraf Mühit Gününə və Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək Azərbaycanın beynəlxalq ictimaiyyətlə bu sahədə əməkdaşlığa hazırdır.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mutəxəssisləri Ümumdünya Meteorologiya Təşkilatının "İqlim üçün elm" fəaliyyətinin 75 illiyinə həsr olunmuş Konqresinin Fövqəladə Sessiyasında iştirak edib. Tədbirdə Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi, professor Selesta Saulo, İsveçrə Federal Şurasının üzvü Elizabet Baume-Şnayder və Mozambik Prezidenti açılış nitqi ilə çıxış ediblər.

Konqres çərçivəsində 2022-ci ildə BMT-nin Baş Katibi Antonio Quterreş tərəfindən irəli sürülən "Hər kəs üçün Erkən Xəbərdarlıq" (EarlyWarnings4ALL) təşəbbüsünə həsr olunmuş yüksək səviyyəli tədbir də keçirilib.




Baxış sayı: 185
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30