FACT-INFO.AZ » SİYASƏT » İtaliya mediası Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərini geniş işıqlandırıb
21-10-2025, 09:00 | SİYASƏT
İtaliya mediası Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərini geniş işıqlandırıb

İtaliyanın aparıcı media resursları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfərini diqqət mərkəzində saxlayıb.

Fact-info.az xəbər verir ki, “Giornale Diplomatico”,“Notizie Geopolitiche”,“il Domani d`Italia”, “Gazzetta Diplomatica”,“Kmetro0”, “il Denaro”, “Radio Studio90 Italia”,“Tele Citta”, “MSN” və “ZaZoom” kimi saytların və xəbər portallarının yaydığı materiallarda Birinci vitse-prezident Mehriban Əliyevanın səfər çərçivəsində müxtəlif mühüm görüşlər keçirdiyi və tədbirlərdə iştirak etdiyi bildirilir.

Diqqətə çatdırılır ki, Azərbaycanın Birinci vitse-prezidentinin Roma Papası XIV Leo ilə görüşündə ölkəmizlə Vatikan arasında ikitərəfli əlaqələrin xeyli inkişaf etdiyi vurğulanıb. Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti və ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib. XIV Leo Azərbaycan ilə qurulan bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa böyük təkan verdiyini deyib.

Birinci vitse-prezident Mehriban Əliyeva ilə Vatikanın dövlət katibi kardinal Pietro Parolinin görüşündə isə ikitərəfli münasibətlərin müsbət inkişafından məmnunluq ifadə olunub. Pietro Parolin Bakıda ikinci Katolik Kilsəsinin tikintisini təqdirəlayiq hal kimi qiymətləndirib, bunun Azərbaycanda bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürü olduğunu vurğulayıb. Vatikanın dövlət katibi Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması münasibətilə ölkəmizi təbrik edib, Vatikanın regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyini deyib.

Yazılarda məlumat verilir ki, səfər çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib, həyata keçirilmiş bərpa işləri ilə tanış olublar. Katakombaların bərpası layihəsinin Vatikan ilə Azərbaycan arasında çoxillik əməkdaşlığın yeni mərhələsi olduğu qeyd edilir.

Birinci vitse-prezident Mehriban Əliyevanın, həmçinin Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşdüyü, bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olduğu diqqətə çatdırılır. Azərbaycanın Birinci vitse-prezidentinin Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasında molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olduğu, Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşdüyü və birlikdə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak etdikləri bildirilir.

Bundan başqa, Birinci vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olduğu, Vatikan Apostol Kitabxanası və Apostol Arxivinə baş çəkdiyi, Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə birgə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışında iştirak etdiyi vurğulanır.




Baxış sayı: 120
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30