İstilik dalğaları və ekstremal hava hadisələri ilə bağlı erkən xəbərdarlıq sistemləri əhalinin sağlamlığının qorunması baxımından mühüm rol oynayır.
Bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən “İqlim dəyişikliyi və şəhərlərin dayanıqlığı” panel sessiyasında çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Coğrafiya İnstitutu birgə tədqiqatlar apararaq istilik dalğalarına qarşı xəbərdarlıq və monitorinq metodologiyası hazırlayıb.
“Bu sistemlərin tətbiqi nəticəsində son illərdə günvurma və istilik zərbələri ilə bağlı təcili yardım çağırışlarının sayı əhəmiyyətli dərəcədə azalıb. Erkən xəbərdarlıq mexanizmləri və ictimai məlumatlandırma iqlim dəyişikliyinə adaptasiya tədbirlərinin əsas hissəsidir”, – deyə Umayra Tağıyeva vurğulayıb.
Umayra Tağıyeva bildirib ki, insanların sağlamlığı üçün optimal komfort temperaturu 24-28 dərəcə arasıdır, lakin temperatur 36 dərəcəni keçdikdə ölüm halları və xəstəlik riski ciddi şəkildə artır: “Məhz buna görə də biz iqlim amillərinin sağlamlığa təsirlərini minimuma endirmək üçün erkən xəbərdarlıq sistemlərinin əhatəsini genişləndirməyi planlaşdırırıq”.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
