Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri II “INTERNSHIP” (təcrübə) proqramı çərçivəsində Şuşaya və Xankəndinə səfər ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Fact-info.az-a bildirilib ki, qonaqlar əvvəlcə Şuşada olub, Cıdır düzünü, Şuşa qalasını, Gəncə qapısını, İsa bulağını və Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, Azərbaycanın tanınmış şəxsiyyətlərinin - Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğalçılar tərəfindən güllələnmiş heykəllərinə baxıblar. Onlara şəhərin tarixi və Şuşada Azərbaycanın mədəni irsinə qarşı erməni vandalizmi haqqında məlumat verilib. Təcrübə proqramının iştirakçıları şəhərdə aparılan sürətli bərpa və yenidənqurma işlərini yüksək qiymətləndiriblər.
Xankəndidə Qarabağ Universitetində görüş zamanı universitetin elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb. Daha sonra Zəfər meydanını ziyarət edən qonaqlara şəhərin tarixindən, mövcud vəziyyətindən, sosial və mədəni həyatından danışılıb. Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən bərpa işləri və inkişaf perspektivləri diqqətə çatdırılıb.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
