FACT-INFO.AZ » İQTİSADİYYAT » Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayında
16-10-2025, 11:00 | İQTİSADİYYAT
Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayında

Hər il oktyabr ayı dünyanın bir çox ölkələrində “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur. Bu çərçivədə cəmiyyətdə kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması, vətəndaşlar və şirkətlər arasında kibergigiyena qaydalarının təşviq edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Son dövrdə ölkəmizdə də hər kəsi düşündürən vacib sual məhz budur - özümüzü kiberdələduzlardan necə qoruyaq? Bu istiqamətdə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə maliyyə qurumları tərəfindən bir çox maarifləndirmə layihələri həyata keçirilir.

Mütəmadi olaraq kiberdələduzluğa qarşı çağırışlarla gündəmə gələn “Kapital Bank” kibertəhlükəsizlik üzrə maarifləndirmə ayında da müştərilərini məlumatlandırmağa davam edir. “Dayan, Düşün, Dəqiqləşdir!” şüarı ilə müştərilərinə müraciət edən bank, hər kəsi real həyatda olduğu kimi, rəqəmsal dünyada da diqqətli olmağa çağırır.

Dələduzların əsas məqsədi hədəf şəxsi həyəcanlandırmaq, təlaşlı vəziyyətə salmaq, qurbanlarına düşünmək üçün zaman vermədən özlərini həll təqdim edən şəxs kimi göstərib onları tora salmaqdır. Məhz bu zaman atılmalı olan ən vacib addım təlaşlanmadan dayanmaq, düşünmək və dəqiqləşdirməkdir. Bunun üçün aşağıdakı məqamları bilmək olduqca vacibdir.

Banklar adından edilən zənglərə qarşı diqqətli olun. Xüsusən də bu zənglər +994 kodu ilə başlamayan xarici ölkədən və ya “WhatsApp” kimi sosial şəbəkə hesablarından edilərsə. Unutmayın ki, bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici ölkədən zəng edə bilməz. Belə bir zəng almısınızsa və sizdən kartınızın üzərindəki 16 rəqəmli PAN nömrə, 3 rəqəmli CVV kod və ya mesajla göndərilən 4 rəqəmli birdəfəlik şifrə (OTP kod), şəxsiyyət vəsiqəsinin FİN kodu istənilirsə əmin ola bilərsiniz ki, siz bank əməkdaşı ilə yox, dələduzla danışırsınız. Bu zaman sizə göndərilən linklərə daxil olmaq qətiyyən olmaz. Əks halda telefonunuzun idarəsini itirmiş və dələduza telefonunuzdakı bütün proqramlardan, həmçinin də bank hesablarınızdan istifadə üçün icazə vermiş olacaqsınız. “Kapital Bank” bu mövzuda zəng edən əməkdaşın bank nümayəndəsi olub olmadığını yoxlamaq imkanı verir. Bu, “Birbank” mobil tətbiqindəki yeni funksionallıqla mümkündür. Belə ki, sizə “Kapital Bank” adından zəng gəldiyi halda zəng edən şəxsdən “Birbank” tətbiqinə bildiriş göndərməsini tələb edə bilərsiniz. Daha sonra mobil tətbiqə daxil olun. Zəng edən şəxs həqiqətən bank əməkdaşıdırsa, mobil tətbiqdə bunu təsdiq edən bildiriş alacaqsınız.

Bildirişdə qeyd edilir: “Dəyərli “Birbank”lı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”.

Bu bildirişi aldığınız təqdirdə zəng edən şəxslə danışığınızı davam etdirə bilərsiniz. Əks halda zəngi dərhal sonlandırın. Mobil tətbiq istifadəçisi olmayan şəxslərə isə eyni mesaj “Birbank” vasitəsilə sms-lə göndərilir.

İnvestisiya təklifləri təhlükəli ola bilər. Dələduzlar xüsusən sosial şəbəkələrdə insanlarla əlaqəyə keçib müxtəlif investisiya üsulları təqdim edirlər. Bu zaman kiçik məbləğlər qarşılığında daha böyük məbləğlər vəd edilir. Bəzən bu məbləğlər göndərilsə də, nəticədə bütün məbləğ mənimsənilir və vətəndaşlar aldadıldıqlarını anlayırlar.

Kartın 3-cü şəxslərə verilməsi yolverilməzdir. Son zamanlar məlumatsız şəxslərin aldadılması və onlara məxsus bank kartlarının alınması ilə bağlı dələduzluq halları artıb. Belə ki, müxtəlif yollarla vətəndaşlara yaxınlaşan dələduzlar onlara bank filiallarından və ya rəqəmsal kanallardan kart əldə etmələrini təklif edirlər. Daha sonra müəyyən ödəniş qarşılığında həmin şəxslərdən kart və kart məlumatları alınaraq dələduzluq əməllərində istifadə edilir. Bank kartını başqalarına verməyin təhlükəli nəticələri ola bilər. Hər şeydən öncə bu şəxsi məlumatların oğurlanması deməkdir. Bununla da dələduzlar məlumatını əldə etdiyi şəxsin maliyyə hesabına giriş əldə edə və onun bütün bank əməliyyatlarına nəzarət edə bilirlər. Belə hallarda adətən aldadılan şəxslərin adı ilə qeyri-qanuni maliyyə əməliyyatları icra edilir. Xüsusən də qanunsuz yollarla əldə edilən, oğurluq pulların izlərinin itirilməsində məhz bu kartlar istifadə edilə bilir. Həmçinin hər bir vətəndaş ona məxsus bank kartları ilə icra olunan əməliyyatlara qarşı cavabdehdir. Kartın başqasına verilməsi kart sahibinə hüquqi öhdəlik yaradır. 3-cü tərəfə verilən kartla hər hansı qanunsuz əməliyyat həyata keçirildikdə kart sahibi bu əməliyyatın nəticəsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Ölkənin birinci bankı “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün – https://kbl.az/prcrc.




Baxış sayı: 130
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30