FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanla Avropa, Asiya və Yaxın Şərq dövlətləri arasında genişlənən əlaqələr qarşılıqlı maraqlara əsaslanır
16-10-2025, 11:00 | SİYASƏT
Azərbaycanla Avropa, Asiya və Yaxın Şərq dövlətləri arasında genişlənən əlaqələr qarşılıqlı maraqlara əsaslanır

Dünyaya nümunəvi inkişaf modeli təqdim edən müstəqil Azərbaycan, eyni zamanda, milli maraqlar üzərində qurulan multiregional xarici siyasət kursuna malikdir. Bu gün Azərbaycanın fərqli coğrafiyalarda yerləşən dövlətlərlə münasibətləri və beynəlxalq təşkilatlarda təmsilçiliyi yüksək səviyyədədir. Ölkəmiz üzv olduğu beynəlxalq qurumlarla əlaqələrini davamlı olaraq genişləndirir, həmçinin üzv olmadığı təşkilatlarla da gələcəyə hesablanan münasibətlər qurur. Qürurverici haldır ki, ardıcıl siyasətində daim həmrəylik və əməkdaşlıq təşəbbüslərindən çıxış edən respublikamız Qlobal Qərblə Qlobal Şərq arasında körpülər yaradan dövlət kimi qəbul olunur.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, tarixi zəfərlərimiz yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması ilə yekunlaşmayıb, eyni zamanda, Azərbaycanın geosiyasi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Ölkəmizin yaratdığı yeni reallıqlar milli maraqlarımızı təmin etməklə yanaşı, Cənubi Qafqazda və daha geniş coğrafiyada inteqrasiyanın dərinləşməsi üçün yeni imkanlar açıb.

Son yarım ay ərzində Azərbaycanın Avrasiyada və Yaxın Şərqdə diplomatik fəallığının daha da artdığının şahidi oluruq. “Dövlətimizin başçısı Kopenhagendə “Avropa Siyasi Birliyi”nin Zirvə Görüşündə iştirak edib, ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitinə qatılmaq üçün Misirdə işgüzar səfərdə olub. Həmçinin Qəbələ Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünə ev sahibliyi edib. Bütün bunlar Azərbaycanın çoxvektorlu xarici siyasətini nümayiş etdirməklə yanaşı, həm də Avropa, Asiya və Yaxın Şərqdə ölkəmizə, Prezident İlham Əliyevə olan böyük rəğbəti bir daha göstərir. Qeyd etmək yerinə düşər ki, ABŞ Prezidenti Donald Tramp da Yaxın Şərq Sülh Sammitində dövlətimizin başçısına xüsusi hörmətini ifadə edərək onu çox güclü lider kimi səciyyələndirdi”, – deyə o vurğulayıb.

Milli Məclisin üzvü əlavə edib ki, Azərbaycan Prezidentinin Avrasiyanın və Yaxın Şərqin aktual çağırışlarının müzakirə olunduğu siyasi tədbirlərə fəxri qonaq qismində dəvətlər alması təsadüfi deyil. Bütün bunlar ölkəmizin Avropa, Asiya və Yaxın Şərq dövlətləri ilə intensivləşən əlaqələri fonunda baş verir. Bu proseslər Azərbaycanın hər üç regionda mövcudluğunu və siyasi, iqtisadi, humanitar əlaqələrinin genişləndiyini aydın şəkildə göstərir.

Azərbaycan uzun illərdir Avropa İttifaqına üzv dövlətlərlə müxtəlif istiqamətlərdə çoxsaylı layihələr həyata keçirir. Burada ticarət dövriyyəsinin artması və enerji dialoqunun genişlənməsi xüsusi önəm daşıyır. Uzanan Rusiya–Ukrayna müharibəsi fonunda Avropanın enerji daşıyıcılarına ehtiyacı daha da artıb. Belə bir şəraitdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkəyə çevrilib. Respublikamız həm yeni enerji mənbəyi, həm də Cənub Qaz Dəhlizi timsalında əlverişli nəqliyyat marşrutuna malikdir. Artıq Avropada Cənub Qaz Dəhlizinin qolları yaradılır və Azərbaycan qazını alan ölkələrin sayı artır. Əlamətdar haldır ki, Azərbaycanla Avropa İttifaqı arasında yaşıl enerji dialoquna da start verilib – bu da əməkdaşlığımızın yeni strateji mərhələsidir.

Deputatın sözlərinə görə, Azərbaycanla Asiya dövlətləri arasında əlaqələrdə də yüksək dinamika müşahidə olunur. Prezident İlham Əliyevlə dünyanın ikinci böyük iqtisadiyyatı olan Çin Xalq Respublikasının lideri Si Cinpin arasında səmimi və etibarlı münasibətlər formalaşıb. Liderlər mütəmadi olaraq müxtəlif platformalarda görüşür, fikir mübadiləsi aparırlar. Bu sıx təmaslar dövlətlərarası əlaqələrə güclü impuls verir.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri də çox genişdir. Respublikamızla regionun türkdilli dövlətləri həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif istiqamətlər üzrə əlaqələri dərinləşdirirlər. Bu münasibətlər xalqlarımızın ortaq tarixinə, milli-mənəvi dəyərlərinə və ənənələrinə əsaslanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, türkdilli ölkələr bir ailə kimidir. Trans-Xəzər marşrutu da Avrasiyada mühüm bağlantı rolunu oynayır. Şübhə yoxdur ki, Azərbaycanın siyasi iradəsi nəticəsində reallaşacaq Zəngəzur dəhlizi (Tramp marşrutu) fəaliyyətə başladıqdan sonra inteqrasiya imkanları daha da genişlənəcək.

“Azərbaycan, eyni zamanda, Yaxın Şərq, Körfəz və Afrika ölkələri ilə əlaqələrini sistemli şəkildə inkişaf etdirir. Bu əməkdaşlıq enerji, investisiya, humanitar və digər sahələri əhatə edir. Ölkəmiz Qlobal Cənubun ümid yerinə çevrilib. Azərbaycan Bakı Təşəbbüs Qrupu vasitəsilə müstəmləkəçiliyin bütün təzahürlərinə qarşı ardıcıl mübarizə aparır, azadlıq mübarizəsinə qalxan xalqlara dəstək verir. Respublikamız Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrini genişləndirir, İsrail–Fələstin qarşıdurmasının iki dövlət prinsipi əsasında həllini dəstəkləməklə Yaxın Şərqdə diqqət mərkəzinə çevrilir.

Azərbaycan BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda Qlobal Cənuba davamlı dəstək göstərir. Eyni zamanda, ölkəmizin təcrübəsi Yaxın Şərqə də ötürülür. Bunu Suriyanın timsalında da görmək mümkündür – uzun fasilədən sonra Azərbaycanla Suriya arasında siyasi dialoq bərpa edilib. Respublikamız bu ölkəyə humanitar yardım göstərən ilk dövlətlərdən biridir və Suriyaya mavi yanacaq tədarükünə başlayaraq onun enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan, həmçinin qardaş Türkiyə ilə birlikdə Suriyanın bərpasında iştirak etmək niyyətini də açıqlayıb. Azərbaycanla Avropa, Asiya və Yaxın Şərq dövlətləri arasında genişlənən əlaqələr qarşılıqlı maraqlara əsaslanır və bu da münasibətlərin uzunömürlü olacağına böyük inam yaradır”, - deyə S.Vəliyev vurğulayıb.




Baxış sayı: 105
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30