FACT-INFO.AZ » İQTİSADİYYAT » Bakıda II İslam Maliyyə Forumu (İMF-2025) keçiriləcək
13-10-2025, 10:00 | İQTİSADİYYAT
Bakıda II İslam Maliyyə Forumu (İMF-2025) keçiriləcək

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) təşəbbüsü, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi, Azərbaycan Respublikası Mərkəzi Bankının, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM), AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Türkiyə Katılım Bankalar Birliyinin (TKBB), AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Unec İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzi, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) və MÜSİAD Azərbaycanın birgə tərəfdaşlığı ilə İslam Maliyyə Forumu keçiriləcək.

Fact-info.az xəbər verir ki, Forum 23 oktyabr 2025-ci ildə saat 09:00 – 13.30-a kimi Bakı şəhərində UNEC-in 2 saylı (Gənclik) tədris korpusunun Böyük konfrans zalında (Nərimanov ray., Həsən Əliyev küç., 135) baş tutacaqdır.

Keçən ildən başlayaraq hər il keçirilməsi planlaşdırılan bu Forumun əsas məqsədi İslam maliyyəsi sahəsində müasir çağırışları, investisiya imkanları və inkişaf perspektivlərini sektorun ekspertlərilə müzakirə etməkdir. Tədbirdə 300-dən çox şəxsin iştirakı gözlənilir.

Tədbirin fəxri qonaqları sırasında Türkiyə Prezidentinin İnvestisiya və Maliyyə İdarəsinin (CBYFO) aparıcı şəxsi və Kuveyt Türk İslam bankının qrup müdiri də yer alacaqdır.

Tədbirin proqramı:  https://bit.ly/43aHprk

Tədbirdə iştirak etmək üçün https://bit.ly/4mUM08k  link vasitəsilə və ya +94477 7672467 nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərsiniz.

Tədbirdə iştirak ödənişsizdir!

Son qeydiyyat tarixi: 20 oktyabr 2025-ci il saat 12:00




Baxış sayı: 115
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30