FACT-INFO.AZ » SİYASƏT » Vitali Arkov: Düşənbə görüşü Azərbaycan-Rusiya münasibətlərində yeni etimad mərhələsinin başlanğıcı oldu
12-10-2025, 15:30 | SİYASƏT
Vitali Arkov: Düşənbə görüşü Azərbaycan-Rusiya münasibətlərində yeni etimad mərhələsinin başlanğıcı oldu

Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı hörmət, bərabərlik və strateji tərəfdaşlıq prinsipləri əsasında yeni mərhələyə qədəm qoyur. Düşənbə görüşü iki ölkə münasibətlərində yeni etimad mərhələsinin başlanğıcı oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Rusiyadan olan politoloq Vitali Arkov bildirib.

O deyib ki, iki ölkə arasında yaranmış gərginlik müvəqqəti idi və artıq arxada qalıb: "Tacikistanın paytaxtı Düşənbədə keçirilən görüş zamanı Rusiyanın və Azərbaycanın dövlət başçıları bunu açıq şəkildə nümayiş etdirdilər. Tərəflər qeyd etdilər ki, 2025-ci ilin ilkin nəticələrinə əsasən, iki ölkə arasında xarici ticarət dövriyyəsi 16 faiz artacaq”.

Politoloqun sözlərinə görə, yaranmış fikir ayrılıqları müəyyən müddət davam etsə də, müəyyən məqsədli qüvvələr istəklərinə nail ola bilməyiblər. “Bu qüvvələr münasibətlərdəki müvəqqəti çatları dərinləşdirərək uçuruma çevirmək niyyətində idilər. Lakin Rusiyanın və Azərbaycanın liderlərinin müdrikliyi bu məkrli planların həyata keçməsinə imkan vermədi. İlkin mərhələdə qarşılıqlı iradlar və emosional reaksiyalar müəyyən gərginlik yaratsa da, sonrakı dövrdə hər iki tərəf münasibətlərin normallaşdırılması üçün siyasi iradə nümayiş etdirdi. Bu proses asan olmadı, çünki tərəflərdən heç biri öz prinsipial mövqeyində güzəştə getmiş kimi görünmək istəmirdi. Lakin Düşənbədə keçirilən danışıqların nəticələri göstərdi ki, Rusiya və Azərbaycan bir-birini dinləyə və anlaya bildilər, bir sıra həssas məsələlər üzrə qarşılıqlı anlaşma əldə olundu”, - deyə Vitali Arkov vurğulayıb.

Rusiyadan olan politoloq deyib ki, dövlət başçılarının görüşündən sonra iki ölkə ictimaiyyətinə ünvanlanan birmənalı və müsbət siqnallar münasibətlərin sabitləşməsinə xidmət edir: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu mesajlar hər iki ölkə cəmiyyətində müsbət qarşılandı. Eyni zamanda, liderlərdən gələn siqnallar məsul dövlət qurumlarının əməkdaşları tərəfindən düzgün qiymətləndirildi. Biz artıq bunun bariz nümunəsini bir sıra rezonans doğuran cinayət işləri üzrə əsas fiqurlara münasibətdə qətimkan tədbirinin dəyişdirilməsi barədə məlumatlarda müşahidə edirik”.

 




Baxış sayı: 140
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30