FACT-INFO.AZ » SİYASƏT » Yaşar Gülər: Türkiyə, Azərbaycan və Gürcüstanın əməkdaşlığı regionda sülhə və sabitliyə mühüm töhfə verir
10-10-2025, 09:00 | SİYASƏT
Yaşar Gülər: Türkiyə, Azərbaycan və Gürcüstanın əməkdaşlığı regionda sülhə və sabitliyə mühüm töhfə verir

Türkiyə, Azərbaycan və Gürcüstanın regional məsələlər üzrə sıx qarşılıqlı fəaliyyəti digər ölkələr üçün nümunədir. Üç ölkəni tarixi bağlar birləşdirir və münasibətlərin səviyyəsi strateji xarakter daşıyır. Fact-info.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünə dair keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Türkiyə paytaxtında keçirilən müzakirələr zamanı ikitərəfli və üçtərəfli əsasda əməkdaşlığın gücləndirilməsinə iradə nümayiş etdirilməsi bir daha vurğulanıb.

Yaşar Gülər qeyd edib ki, son dövrün prosesləri “Cənubi Qafqaz tarixində sülh, sabitlik və əməkdaşlığa əsaslanan yeni bir səhifənin açılacağına” ümidləri möhkəmləndirir.

“Nazirlərin Ankarada keçirilən üçtərəfli görüşünün iştirakçıları müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa hazır olduqlarını vurğulayıblar ki, bu da regionun dinc gələcəyinə töhfə verir”, – deyə Türkiyə naziri bildirib.

O, Ankaranın Azərbaycan və Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyünün dəstəklənməsinə sadiq olduğunu xüsusi qeyd edib.

Yaşar Gülər Cənubi Qafqaz regionunu “beynəlxalq təhlükəsizlik balansı və sabitlik baxımından kritik əhəmiyyətə malik adlandırıb”.

“Ankara, Bakı və Tbilisi arasında sıx əməkdaşlıq hər üç ölkənin maraqlarına cavab verir və eyni zamanda regionda sülhə və sabitliyə mühüm töhfə verir”, – deyə Türkiyənin milli müdafiə naziri vurğulayıb.

Nazir əlavə edib ki, bu ideya oktyabrın 9-da Ankarada imzalanmış Üçtərəfli Protokolun əsasını təşkil edir.




Baxış sayı: 100
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30