Türk dövlətlərinin effektiv təhlükəsizlik və diplomatik mexanizmləri bir sıra regional və qlobal böhranlar fonunda ən mühüm zərurətdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının (TDT) XII Zirvə Görüşünün mərkəzi mövzusu kimi bu məsələnin seçilməsi faktı Qəbələdəki müzakirələrin bütün Türk dünyası üçün tarixi əhəmiyyətini bir daha vurğulayır.
Fact-info.az xəbər verir ki, bu fikri AZƏRTAC-a Türkiyənin Kayseri Universitetinin rektoru, professor Kurtuluş Karamustafa bildirib.
O, Qəbələdə keçirilən TDT Zirvə görüşünün yekun qərarlarının bütün Türk dünyasının gələcəyinin formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. “Əminəm ki, türk dövlətlərinin, xüsusən enerji, nəqliyyat və müdafiə kompleksi, eləcə də rəqəmsal infrastruktur və mədəniyyət sahələrində birgə səyləri TDT-nin qlobal müstəvidə effektivliyini daha da artıracaq”, - deyə professor qeyd edib.
Universitet rektoru Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəbələ Zirvə görüşündəki çıxışına diqqət yönəldib: “BMT Təhlükəsizlik Şurası çoxsaylı insan dramlarına biganə qalır ki, bu da beynəlxalq arenada əxlaqi prinsiplərin qorunub saxlanması ilə bağlı ciddi suallar yaradır”. Rektor Yaxın Şərqdəki vəziyyəti misal çəkib.
Kurtuluş Karamustafa qeyd edib ki, Qəbələdə keçirilən zirvə görüşü türk dövlətlərinin liderlərinin kibertəhlükələrdən iqlim böhranına qədər, regional təhlükəsizlikdən qlobal çağırışlara qədər bir çox sahədə genişmiqyaslı əməkdaşlıq və birgə fəaliyyət əzmini nümayiş etdirmək üçün platforma rolunu oynayıb.
K.Karamustafanın sözlərinə görə, Qəbələ Zirvə görüşünün digər mühüm nəticəsi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) fəaliyyətinin genişləndirilməsinə dair razılığın əldə olunması olub.
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
