Biz hamımız Türk dövlətləri arasında nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin və beynəlxalq tranzit dəhlizlərinin inkişafı sahəsində əlaqələndirilmiş siyasətin aparılmasının zəruriliyini dərindən dərk edirik.
Özbəkistan Prezidentinin rəsmi saytı xəbər verir ki, bu barədə Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə bildirib.
Dövlət başçısı Orta Dəhlizin ardıcıl inkişafı ilə bağlı planları dəstəklədiyini bildirib. “Əsas odur ki, bu dəhliz rəqabətqabiliyyətli olsun. O, biznes dairələri üçün ən əlverişli şəraiti təmin etməlidir. Bu baxımdan, biz optimal tranzit tariflərinin tətbiqinə, müasir nəqliyyat infrastrukturunun inkişafı layihələrinin həyata keçirilməsinə, rəqəmsal gömrük prosedurlarının tətbiqinə böyük əhəmiyyət veririk”, - deyə Ş.Mirziyoyev bildirib.
Ş.Mirziyoyev vurğulayıb ki, Orta Dəhliz tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və perspektivli Trans-Əfqan Dəhlizi ilə birləşdirildiyi təqdirdə, geniş regionda çoxsahəli strateji avtomobil yolları sistemi yaratmaq mümkün olacaq.
Baxış sayı: 115
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
