FACT-INFO.AZ » SİYASƏT » "Cəbrayıl yenidən dirçəlir"
5-10-2025, 09:30 | SİYASƏT
"Cəbrayıl yenidən dirçəlir"

"4 oktyabr Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Məhz bu tarixdə rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl şəhərini erməni işğalından azad etdi. Cəbrayılın azadlığı, Vətən müharibəsinin ilk böyük strateji qələbələrindən biri olaraq xalqımızda ruh yüksəkliyi yaratdı və ordumuzun irəliləyişinə güclü təkan verdi". 

Bunu  millət vəkili Fatma Yıldırım deyib.  O, bildirib ki, Cəbrayıl zəfəri yalnız bir şəhərin geri alınması deyildi - bu, işğal altındakı torpaqlarımızın azad olunacağına olan inamın möhkəmləndirilməsi, 30 illik ədalətsizliyə son qoyulmasının başlanğıcı idi. Bu qələbə, lider–ordu–xalq birliyinin təntənəsi, Azərbaycanın siyasi və hərbi iradəsinin güclü təzahürü idi.

Cəbrayıl zəfəri, həm də düşmənin illərlə qurduğu “keçilməz müdafiə xəttinin” darmadağın edildiyi anlar idi. Bu Azərbaycan dövlətinin güclü siyasi və hərbi imkanlara malik olduğunu bütün dünyaya nümayiş etdirdi: 

"Bu gün Cəbrayıl yenidən dirçəlir. Böyük Qayıdış proqramı çərçivəsində şəhərdə və kəndlərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, yollar çəkilir, məktəblər, xəstəxanalar, sosial obyektlər inşa edilir. Cəbrayıl sakinləri illər sonra doğma torpaqlarına qayıdırlar və bu, dövlətimizin öz vətəndaşına olan yüksək diqqət və qayğısının göstəricisidir.

Azərbaycanın azad olunmuş ərazilərində aparılan quruculuq-bərpa işləri yalnız fiziki deyil, mənəvi və tarixi bərpa prosesidir. Cəbrayılın, Füzulinin, Şuşanın, Zəngilanın və digər bölgələrimizin hər qarışı bizim üçün müqəddəsdir və bu torpaqlara qayıdış, eyni zamanda, milli kimliyimizə, irsimizə və şəhidlərimizin ruhuna qayıdışdır.

Cəbrayılın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə sağlıq və güc arzu edirik. Bu zəfər tarixi bizim birlik və qətiyyətimizlə yazıldı".




Baxış sayı: 110
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30