Azərbaycan, Türkiyə və Gürcüstan arasında "Bakı–Tbilisi–Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında" Anlaşma Memorandumu imzalanıb.
Fact-info.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.
"Qazaxıstanda keçirilmiş "New Silk Way" (Yeni İpək Yolu) VII beynəlxalq nəqliyyat-logistika biznes-forumu çərçivəsində Türkiyə və Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri ilə "Bakı–Tbilisi–Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında" Anlaşma Memorandumunu imzaladıq.
Bu sənəd BTQ marşrutunun daha sürətli və dayanıqlı, eyni zamanda, daha rəqabətədavamlı nəqliyyat xətti kimi inkişaf etdirilməsi üçün ortaq addımları müəyyən edir.
Əsas hədəflərimiz BTQ xətti boyunca sabit və proqnozlaşdırıla bilən əməliyyat rejiminin formalaşdırılması, yük sahibləri üçün şərtlərin yaxşılaşdırılması və daşımaların həcminin artırılmasıdır", - deyə o qeyd edib.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
