“Sahibkarlığın nədən ibarət olduğunu anlamaq universitetlərdə öyrədilə bilər. Lakin bu, hər kəsin sahibkar ola bilməsi demək deyil. Əsas odur ki, hər kəs sahibkarın gördüyü işin mahiyyətini dərk etsin və qiymətləndirsin”. Bu fikirləri Harvard Biznes Məktəbinin professoru Tarun Xana “PASHA Holding”in təşkilatçılığı ilə keçirilən Beşinci İnnovasiya Sammiti – “INMerge”çərçivəsində səsləndirib.
Tarun Xana bildirib ki, şirkətlər üçün sahibkarlıq mühiti heç də təhdid deyil, əksinə tərəfdaşlıq və inkişaf imkanıdır:
“Biz bunu öz biznes ekosistemimizin bir hissəsi hesab edirik. Ölkədə sahibkarlıq mühiti inkişaf etdikcə, biz bu şirkətlərə daha çox xidmət göstərə bilir və nəticədə daha çox müştəri qazana bilirik”.
Tarun Xana qeyd edib ki, texnoloji inkişaf yollarından biri xarici texnologiyaların idxalıdır:
“Bu, bizim üçün təhlükə deyil, əksinə, dəstəklədiyimiz bir yanaşmadır. Holdinq daxilində bir sıra proqramlarımız var ki, komandamızın sahibkarlıq ruhunu inkişaf etdirməsinə, yeni şirkətlər qurmasına və maliyyələşdirməsinə imkan verir. Müəyyən mərhələdə həmin şirkətlər bizim biznes planımıza uyğun gələrsə, biz onları alaraq fəaliyyətimizi genişləndiririk”.
Baxış sayı: 115
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
