FACT-INFO.AZ » İQTİSADİYYAT » Kəlbəcərdə Bal Festivalı keçirilib
24-09-2025, 18:30 | İQTİSADİYYAT
Kəlbəcərdə Bal Festivalı keçirilib

Sentyabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda “Kəlbəcər Bal Festivalı 2025” tədbiri baş tutub. Festival IDEA İctimai Birliyinin, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, “Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin sədri Elgün Məhəmmədəlizadə, dövlət qurumlarının nümayəndələri, yerli sakinlər iştirak ediblər.

Festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından, Respublikanın digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 37 arıçı fermer iştirak edib.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc Arıçı” layihəsinin iştirakçıları da festivalda məhsullarını sərgiləyiblər. Festivalda həmçinin arıçıların iştirakı ilə bal və digər arıçılıq məhsullarının nümayişi, bu istiqamətdə innovativ yanaşmaların və texnologiyaların təqdimatı, bal məhsullarının dequstasiyası və milli mətbəx nümunələri, eləcə də uşaqlar üçün əyləncə zonaları təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd Kəlbəcər balının tanıdılması və coğrafi brendləşmə, yerli arıçıların dəstəklənməsi, yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin, Kəlbəcərin tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə, aqroturizm, ekoturizm və kənd turizminə marağın artırılması, bölgənin musiqisinin, rəqslərinin, mətbəxinin, milli-mədəni irsin təbliğidir.

Festival iştirakçıları əvvəlcə fermerlərin nümayiş etdirdikləri arıçılıq məhsullarına baxış keçirib, onlarla həmsöhbət olublar.

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikası Prezidentinin Kəlbəcərdəki xüsusi nümayəndəsi Bəşir Hacıyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri Kəlbəcərin qədim ənənələrinin, o cümlədən arıçılığın bərpasına və inkişafına geniş imkanlar açır: “Prezident dəfələrlə Kəlbəcər balını şəxsən təbliğ edib ki, bu da həmin məhsulun keyfiyyətinə və tanınmasına verilən ən yüksək dəyərin göstəricisidir. Bu gün Kəlbəcər balı öz təbii xüsusiyyətləri və keyfiyyəti ilə seçilərək Azərbaycanın milli brendlərindən birinə çevrilməkdədir. Bu festival vasitəsilə biz yalnız Kəlbəcər balını deyil, bütövlükdə rayonun təbii sərvətlərini, zəngin florasını, faunasını və burada yaşayan insanların zəhmətini geniş auditoriyaya təqdim edirik”.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcər və digər azad olunmuş ərazilərin arıçılığın inkişafı üçün geniş potensiala malik olduğunu, bölgənin yaylaqlarında istehsal edilən arıçılıq məhsullarına daxili bazarda böyük tələbat olduğunu deyib. Bal və digər arıçılıq məhsullarının beynəlxalq bazarlara çıxışı üçün brendəşmənin vacibliyini bildirən nazir, bu istiqamətdə nazirlik tərəfindən arıçılara köməklik göstərildiyini qeyd edib. Nazir bildirib ki, 2024-cü ildə Azərbaycanda arı ailələrinin sayı 579 minə çatıb, bal istehsalı 2023-cü illə müqayisədə 13,04 faiz artıb. Qeyd edib ki, bu festivala göstərilən böyük maraq onun ənənəyə çevriləcəyinə və hər il keçirilməsinə əsas yaradır.

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə isə arıçılığın ölkənin kənd təsərrüfatında mühüm rolunu vurğulayaraq, dövlətin bu sahəyə göstərdiyi dəstək nəticəsində istehsal həcminin sürətlə artdığını bildirib.

Tədbir konsert proqramı ilə davam etdirilib.




Baxış sayı: 240
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30