Ağdərənin Həsənriz kəndinə köçürülən sakinlərə evlərin açarları təqdim olunub.
Fact-info.az-a Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Həsənriz kəndinə 29 ailədən ibarət 115 nəfər köçürülüb.
Kənddə ailələrin qarşılanma mərasimi keçirilib. Daha sonra sakinlərə yenidən bərpa edilən mənzillərin açarları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev tərəfindən təqdim olunub. M. Əfəndiyev çıxışında sakinləri ata-baba torpaqlarında salamlayaraq, bildirib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Kəndlərdə müasir infrastruktur qurulur, yollar, məktəblər, səhiyyə müəssisələri və digər sosial obyektlər inşa edilir. O, qeyd edib ki, Həsənriz kəndinə bundan əvvəl də köç həyata keçirilib. Belə ki, əvvəlki mərhələlərdə kəndə 556 nəfərdən ibarət 159 ailə köçürülüb. Kənddə sakinlərin rahat yaşaması üçün bütün zəruri infrastruktur yenidən qurulub, kənd elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin edilib., məktəb binası əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilib.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
