FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycan Qlobal İnnovasiya İndeksində irəliləyib
16-09-2025, 18:00 | İQTİSADİYYAT
Azərbaycan Qlobal İnnovasiya İndeksində irəliləyib

Cari il üçün “İnnovasiyalar yolayrıcında: gələcəyin müəyyən edilməsi” adlı Qlobal İnnovasiya İndeksi (Qİİ) innovasiya fəaliyyəti, investisiya axınları, elmi əməkdaşlıq və qabaqcıl texnologiyaların yayılması ilə bağlı unikal baxış təqdim edir.

Fact-info.azxəbər verir ki, bu, ABŞ-ın Portulans İnstitutu və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşr etdikləri sayca 18-ci buraxılışdır və 139 ölkənin iqtisadiyyatını əhatə edərək onların innovasiya sahəsindəki güclü və zəif tərəflərini göstərir. 2007-ci ildən bəri Qİİ ölkələr üçün innovasiya fəaliyyətinin qiymətləndirilməsində, siyasətlərin təkmilləşdirilməsində və onların effektivliyinin artırılmasında dəyərli istinad mənbəyi olmuşdur. BMT-nin Baş Assambleyası Qİİ-ni elm, texnologiya və innovasiya sahəsində siyasətlərin davamlı inkişaf məqsədlərinə uyğun ölçülməsi üçün etibarlı müqayisəli analiz aləti kimi tanıyır.

Cari ilin Qİİ reytinqi innovasiya fəaliyyətinin potensialı, nəticələri və institusional mühitini əhatə edən 80 indikator-göstərici əsasında hazırlanıb. Bu indikator-göstəricilər qanunvericilik, elm və təhsil sahələrindən tutmuş bazar inkişafı, biznes, infrastruktur və s. kimi geniş spektrdə məlumatları özündə birləşdirir. Qİİ-nin nəşrinin əsas məqsədi ölkələrin innovasiya mexanizmlərinin effektivliyini qiymətləndirməyə imkan yaratmaqdır.

Qİİ-2025-in lideri İsveçrədir, onun ardınca İsveç, Amerika Birləşmiş Ştatları, Koreya və Sinqapur gəlir. Ən innovativ on ölkələr sırasında, həmçinin Böyük Britaniya, Finlandiya, Niderland, Danimarka və Çin yer alır.

Postsovet məkanında ən yaxşı nəticələri Estoniya (16-cı yer), Litva (33-cü yer) və Latviya (41-ci yer) göstərib. Rusiya 60-cı yerdədir, Azərbaycan isə 2024-cü illə müqayisədə göstəricilərini bir pillə yaxşılaşdıraraq 2025-ci ildə 94-cü yeri tutub.

2025-ci il üzrə Qİİ reytinqi innovasiya fəaliyyətini əks etdirən 80 indikator-göstəricini özündə birləşdirən 7 qrupdan ibarətdir və iki əsas nəticəvi subindekslə ifadə olunur: “innovasiya resursları” və “innovasiya nəticələri”.

“İnnovasiya resursları” subindeksi milli iqtisadiyyatda innovasiya proseslərinin baş verdiyi sahələri 5 qrup üzrə qiymətləndirir: 1 – institutlar; 2 - insan kapitalı və elm; 3 – infrastruktur; 4 – bazarın inkişaf səviyyəsi (mürəkkəbliyi) və 5 – biznesin inkişaf səviyyəsi.

“İnnovasiya nəticələri” subindeksi innovasiya fəaliyyətinin faktiki nəticələrini iki qrupa ayıraraq əks etdirir: 6 - bilik və texnologiyaların nəticələri və 7 – kreativ (yaradıcı) fəaliyyətin nəticələri.

Azərbaycanın güclü tərəfləri kimi Qİİ-nin tərtibatçı-ekspertləri aşağıdakıları qeyd edirlər:

• “İnstitutlar” subblokunun 3 indikator-göstəricisi üzrə: - Sahibkarlıq siyasəti və mədəniyyəti, Biznesin aparılması siyasətinin sabitliyi, Biznesin əməliyyat sabitliyi;

• “İnsan kapitalı və elm” subblokunun 2 indikator-göstəricisi üzrə - Orta məktəbdə şagird-müəllim nisbəti, Elm və texnologiya sahəsində məzunlar;

• “Biznesin inkişaf səviyyəsi” subblokunun 2 indikator-göstəricisi üzrə - Klasterlərin inkişaf vəziyyəti; Universitetlərlə sənaye arasında tədqiqat və təcrübi-təkmilləşdirmə sahəsində əməkdaşlıq;

• “Bilik və texnologiyaların nəticələri” subblokunun 2 indikator-göstəricisi üzrə - Mənşəyinə görə patentlər, eləcə də Əmək məhsuldarlığının artımı;

• “Bazarın inkişaf səviyyəsi (mürəkkəbliyi)” blokunun 1 indikator-göstəricisi üzrə - Startapların və kiçik müəssisələrin maliyyələşdirilməsi.

Beləliklə, reytinq müəllifləri Azərbaycanın güclü tərəfləri sırasında 2-ci yerdən 50-ci yerədək mövqelərdə qərarlaşan on indikator-göstəricisini müəyyənləşdirirlər.

2025-ci ildə Azərbaycan “innovasiya resursları” subindeksi üzrə 76-cı yeri tutmuş və ötən illə müqayisədə öz göstəricilərini 6 pillə yaxşılaşdırıb. “İnnovasiya resursları” subindeksi üzrə Azərbaycan postsovet məkanından olan bir sıra ölkələri qabaqlayır: Ermənistanı (78-ci yer), Ukraynanı (80-ci yer), Moldovanı (89-cu yer), Qırğızıstanı (93-cü yer), Belarusu (102-ci yer) və Tacikistanı (105-ci yer).

“İnnovasiya resursları” subindeksində ölkənin dövlət idarəetmə orqanlarının rolunu əks etdirən “İnstitutlar” subblokunun mövqeyi kifayət qədər yüksəkdir – 41-ci yer, həm də əvvəlki illə müqayisədə 10 pillə irəliləyib. “İnstitutlar” subbloku üzrə Azərbaycan postsovet məkanında Latviyanı (46-cı yer), Özbəkistanı (62-ci yer), Ermənistanı (70-ci yer), Qazaxıstanı (77-ci yer), Moldovanı (91-ci yer), Tacikistanı (102-ci yer), Ukraynanı (108-ci yer), Qırğızıstanı (119-cu yer), Rusiyanı (131-ci yer) və Belarusu (137-ci yer) qabaqlayır.

“İnstitutlar” subblokunda toplanmış “institusional mühit” indikator-göstəricisi (65-ci yer) üzrə, “Müəssisələr üçün operativ sabitlik” indikator-göstəricisi 45-ci yeri tutaraq mövqeyini 3 pillə yaxşılaşdırıb, “Hökumətin effektivliyi” indikator-göstəricisi isə 74-cü yeri tutub. Bu indikator-göstərici üzrə Azərbaycan postsovet məkanında Özbəkistanı (90-cı yer), Ermənistanı (82-ci yer), Moldovanı (81-ci yer), Tacikistanı (116-cı yer), Ukraynanı (94-cü yer), Qırğızıstanı (122-ci yer), Rusiyanı (112-ci yer) və Belarusu (128-ci yer) qabaqlayır.

“İnstitutlar” subblokunun “Biznes mühiti” aqreqasiya olunmuş indikator-göstəricisi olduqca yüksək nəticə göstərərək 3-cü yeri tutmuş və 2024-cü illə müqayisədə 12 pillə irəliləmişdir. “Sahibkarlıq siyasəti və mədəniyyəti” indikator-göstəricisi isə 2-ci yeri tutmuşdur. “Biznes aparmaq siyasətinin sabitliyi” indikator-göstəricisi isə 20-ci yerdə qərarlaşmışdır.

"İnsan kapitalı və elm" subblokunun "Orta təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi" indikator-göstəricisi üzrə 67-ci yerdədir, “Orta məktəbdə şagird-müəllim nisbəti” indikator-göstəricisi üzrə yüksək – 20-ci, “PISA üzrə oxu, riyaziyyat və təbiət elmləri üzrə nəticələr” indikator-göstəricisi isə 70-ci yeri tutmuşdur. “Ali təhsil” aqreqasiya olunmuş indikator-göstəricisinin “Elm və texnologiya üzrə məzunlar” indikator-göstəricisi üzrə 36-cı yeri tutmuş və 2024-cü illə müqayisədə 9 pillə yaxşılaşmışdır. “Tədqiqat və inkişaf” aqreqasiya olunmuş indikator-göstəricisinin “Tədqiqatçılar” indikator-göstəricisi üzrə 47-ci, “Qlobal korporasiyaların elmə yatırdığı investisiyalar” indikator-göstəricisi üzrə isə 44-cü yeri tutmuşdur.

“İnfrastruktur” subblokunun “İnformasiya və kommunikasiya texnologiyaları” aqreqasiya olunmuş indikator-göstəricisi üzrə 70-ci yeri tutur və ötən illə müqayisədə reytinqdə öz mövqeyini 14 pilləlik artım göstərmişdir. Bu aqreqasiya olunmuş indikator-göstəricisinin “Dövlətin onlayn xidmətləri” indikator-göstəricisi üzrə 66-cı yerdədir və 15 pilləlik yaxşılaşma nümayiş etdirib. “İnfrastruktur” subblokunun “Elektrik enerjisinin istehsalı” indikator-göstəricisi üzrə 70-ci yeri tutur.

“Bazarın inkişaf səviyyəsi (mürəkkəbliyi)” subbloku üzrə 72-ci yerdədir və 2024-cü illə müqayisədə mövqeyi 42 pillə yaxşılaşmışdır. Bu subblok üzrə Azərbaycan postsovet məkanında Özbəkistanı (74-cü yer), Rusiyanı (76-cı yer), Qırğızıstanı (82-ci yer), Ermənistanı (83-cü yer), Ukraynanı (85-ci yer), Moldovanı (88-ci yer), Qazaxıstanı (93-cü yer), Belarusu (102-ci yer) və Tacikistanı (110-cu yer) qabaqlayır.

“Kreditlər” aqreqasiya olunmuş indikator-göstəricisi üzrə yüksək - 37-ci yeri tutmuşdur. “Startapların və kiçik müəssisələrin maliyyələşdirilməsi” indikator-göstəricisi üzrə isə yüksək – 12-ci yeri tutmuşdur.

“Biznesin inkişaf səviyyəsi” subblokunun “Biznes tərəfindən maliyyələşdirilən elmi tədqiqatlar” indikator-göstəricisi üzrə 58-ci yeri tutmuş və ötən illə müqayisədə öz mövqeyini 5 pillə yaxşılaşmışdır. “İnnovasiya əlaqələri” aqreqasiya olunmuş indikator-göstəricisinin (60-cı yer) “Klasterin inkişaf vəziyyəti” indikator-göstəricisi üzrə 30-cu yeri tutmuş, “Elmi-tədqiqat və təcrübə-konstruktiv işlər sahəsində universitetlər və sənaye arasında əməkdaşlıq” indikator-göstəricisi üzrə - 36-cı yeri tutmuşdur. “Biliklərin mənimsənilməsi” aqreqasiya olunmuş indikator-göstəricisinin isə “Əqli mülkiyyətə ödəmələr” indikator-göstəricisi üzrə 69-cu yeri tutmuşdur.

Mühüm nəticəli subindeks “innovasiya nəticələri” subindeksidir. “İnnovasiya nəticələri” subindeksi 2025-ci ildə 112-ci yeri tutmuşdur. "Biliklərin təsiri" aqreqasiya olunmuş indikator-göstəricisinin "Startapların yaradılması" indikator-göstəricisi üzrə 53-cü yeri, "Əmək məhsuldarlığının artması" indikator-göstəricisi isə 55-ci yeri tutmuşdur. Bu indikator-göstərici nəticəverici olub, istehsalata qabaqcıl texnologiyaların tətbiqi, intellektual əmək nəticələri və işçilərin peşəkar bacarıqlarının artırılması ilə əlaqəlidir.

“Kreativ (Yaradıcı) fəaliyyətin nəticələri” subblokunun “Əyləncə və media bazarı” aqreqasiya olunmuş indikator-göstəricisi üzrə 47-ci yerdədir.

Qİİ-2025-də Azərbaycan üzrə əks olunan əqli mülkiyyət göstəricilərinə də xüsusi yer ayrılıb. İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması milli innovasiya prosesində prinsipial əhəmiyyətli rol oynayır və Qİİ-də “Mənşəyinə görə patent müraciətləri” indikator-göstəricisi ilə qiymətləndirilir. Sözügedən indikator-göstərici üzrə Azərbaycan 57-ci yerdədir və Qİİ-2025-in tərtibatçı-ekspertləri tərəfindən ölkənin 10 aparıcı innovasiya nəticəsi sırasına daxil edilmişdir. Bu indikator-göstərici üzrə Azərbaycan postsovet məkanında Ermənistanı (79-cu yer), Moldovanı (64-cü yer) və Tacikistanı (77-ci yer) qabaqlayır. Qeyd etmək lazımdır ki, bu indikator-göstərici üzrə Azərbaycan və Gürcüstan 53-58-ci yerlər qrupunda qərarlaşaraq Cənubi Qafqazda liderliyi bölüşürlər. Digər mühüm indikator-göstərici “Mənşəyinə görə faydalı modellər” və ya “kiçik patentlər”dir və bu indikator-göstərici üzrə reytinqə görə 38-ci yerdədir. “Rezidentlərin əmtəə nişanlarına dair müraciətləri” indikator-göstəricisi əqli mülkiyyətin sənaye obyektlərinə bərabər tutulur və Qİİ-2025-də 71-ci yeri tutur.

Yuxarıda göstərilən ixtiraçılıq aktivliyi göstəriciləri ilə yanaşı, patent fəaliyyəti ilə bağlı nəticələr də təhlil olunub. Bu sahədə ən mühüm indikator-göstərici “Patent ailələri”dir. Qİİ-2025-də Azərbaycan bu indikator-göstərici üzrə 75-ci yeri tutur ki, bu da ötən illə müqayisədə 16 pillə yüksəkdir. Bu indikator-göstərici üzrə Azərbaycan postsovet məkanında Belarusu (76-cı yer), Qazaxıstanı (83-cü yer), Tacikistanı (100-cü yer), Özbəkistanı (100-cü yer) və Qırğızıstanı (100-cü yer) qabaqlayır. “Rezidentlərin PCT üzrə patent müraciətləri” indikator-göstəricisi isə 80-ci yerdə qərarlaşıb.

Qİİ ekspertləri hesab edir ki, ölkəyə vençur kapitalının cəlb edilməsi, xalis birbaşa xarici investisiya axını, ümumi kapital yığımı, vençur investorlarının ortaq iştirakı, universitet sənayesi və beynəlxalq əməkdaşlıq kimi sahələrin inkişafı Azərbaycanda aktuallığını qoruyur və diqqət mərkəzində saxlanılmalıdır.

Ölkənin Qİİ reytinqində mövqeyinin yaxşılaşdırılması üçün ehtiyat imkanlardan biri də hesabatda əksini tapmamış məlumatların vaxtında və tam şəkildə təqdim olunması, eləcə də köhnəlmiş məlumatların (ölkə göstəricilərinin) yenilənməsidir.




Baxış sayı: 200
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30