İnnovasiyaların, texnologiyaların inkişafı və istedadlı gənclərə dəstək gələcəyə qoyulan əsas investisiyalardır. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Olimpiadasının (ICPC) 49-cu dünya finalının bağlanış mərasimində deyib.
Taleh Kazımov bildirib ki, qlobal dəyişikliklərin hərəkətverici qüvvəsi gənc proqramçılardır.
“Sizi qonaq etmək və ölkəmizin, gözəl Bakı şəhərimizin zəngin irsini bölüşmək bizim üçün böyük şərəfdir. Bu yarışmanı dəstəkləyən yerli komanda olaraq biz innovasiyalara, texnologiyaya və hər şeydən əvvəl istedada sərmayə qoymaq vizyonundan ilhamlandıq. Xüsusilə də istedadlılara sərmayə qoymaqdan. Siz, gələcək dəyişikliyin hərəkətverici qüvvəsisiniz. Səmimi-qəlbdən ümid edirəm ki, Vətənə qayıtdıqdan sonra müsabiqə ilə bağlı xatirələri qoruyacaq, eyni zamanda mədəniyyətimizin ruhunu, qonaqpərvərliyimizin hərarətini və əlbəttə ki, bu günlərdə tapdığınız uzunmüddətli dostluğu xatırlayacaqsınız”, – T.Kazımov vurğulayıb.
AMB sədri yarışın gedişatını, komandalar arasında gedən rəqabəti maraq və həyəcanla izlədiyini bildirib.
“Başa düşdüm ki, yazdığınız alqoritmlər sadəcə kod sətirləri deyil. Onlar sizin yaradıcılığınızı, əzmkarlığınızı və ən əsası komanda işinizi əks etdirir. Siz planetimizin rəqəmsal gələcəyini formalaşdıracaq qlobal liderlər və istedadlar cəmiyyətinin bir hissəsi olursunuz. Problemləri həll etməyə, yeni şeylər yaratmağa və ən əsası layiqli vətəndaş olaraq qalmağa davam edin”, – deyə T.Kazımov əlavə edib.
Baxış sayı: 135
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
