FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi faktlar riyazi dəqiqliyə malikdir
27-08-2025, 20:30 | SİYASƏT
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi faktlar riyazi dəqiqliyə malikdir

Prezident İlham Əliyevin hər bir müsahibəsi proqram xarakterlidir. Dövlətimizin başçısının müsahibələri o qədər zəngindir ki, hər dəfə Azərbaycanın tarixi, yürütdüyü siyasət və gələcək vizyonu ilə bağlı yeni məqamlara aydınlıq gətirilir. İfadələrin ustalıqla seçilməsi, sözlərin yerində dəqiqliklə vurğulanması dövlətimizin gücü qədər, dövlətimizin başçısının da müdrikliyindən, yüksək şəxsi keyfiyyətlərindən, zəngin təcrübəsindən xəbər verir.

Nəzərə alsaq ki, Əbu-Dabi görüşü Vaşinqton görüşünün hazırlıq mərhələsi, Vaşinqton görüşü isə Əbu-Dabi səfərinin uğurlu davamı, bütün danışıqların isə ən yüksək mərhələsi kimi dəyərləndirilə bilər, bu baxımdan müsahibənin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” kanalına məhz Azərbaycanın paytaxtında verilməsi təsadüfi deyil. Çünki proseslərin inkişaf trayektoriyasının və uğurlarının da müəllifi məhz Azərbaycan və onun Müzəffər Lideridir.

Fact-info.az  xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsinə qətiyyətlə, riyazi dəqiqliklə və işğalçı ilə işğala məruz qalan tərəfin hansı aktor olduğunun izahı ilə start verdi. Avqustun 8-də Vaşinqtonda baş verən hadisələri qarşıdurmanın və gərginliyin sonu kimi xarakterizə etməklə dövlətimizin başçısı hər bir tərəfin ünvanına çatdırdı ki, mənfi notlarla dolu səhifələr bağlanıb, yenidən açılmasına cəhd belə göstərilməsin.

Dövlətimizin başçısı müsahibə boyu zamanlamanı da zərgər dəqiqliyi ilə nəzərə alırdı. Bundan əvvəl Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə mənfur Minsk qrupunun artıq son günlərini yaşadığını bildirdisə, 2020-ci ilə qədər davam edən sonsuz və mənasız danışıqlar prosesini də vaxtında vurğuladı. Bildirdi ki, Azərbaycan işğal illərində məruz qaldığı qərəzli yanaşmadan sonra düşünülmüş planla hərəkət etdi, prosesdə yaranan bütün boşluqları dövlətimizin başçısının diplomatik səyləri ilə dərhal doldurdu. Məruz qaldığı haqsızlıqlara baxmayaraq, müdrik yanaşma ortaya qoyan da məhz Azərbaycan oldu. Ölkəmiz Ermənistanla sülh prosesinə başlamağı təklif etdi, danışıqlar formatının təşəbbüskarı, sülh sazişinin layihəsini təqdim edən tərəf oldu. Dövlətimizin başçısı bununla bağlı bir daha qeyd etdi ki, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd məhz Azərbaycanın baxışına əsaslanır.

Ş.Həsənova bildirib ki, Azərbaycan Prezidenti Vaşinqtonda imzalanan sənədi “Ermənistan üçün sülhə və sabit inkişafa zəmanət” kimi dəyərləndirməklə, sadəcə, regionda deyil, dünyada gedən proseslər baxımından da Ermənistanın son dərəcə diqqətli davranmalı olduğuna eyham vurdu.

“Müsahibədə diqqətçəkən məqamlardan biri o oldu ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində insanların evlərinə qayıtmalarına başlanılsa da, bərpa-quruculuq işləri aparılsa da, mina təhlükəsi bu işlərin miqyasının daha da genişləndirilməsinə ciddi maneə yaradır”, - deyə politoloq əlavə edib.

Politoloqun sözlərinə görə, müsahibədən hər bir tərəf anlamalıdır ki, Prezident Trampın və onun komandasının prosesə cəlb olunmasını da Azərbaycan ilk anlardan öz maraqları, vətəndaşlarımızın təhlükəsizlik zəmanəti amili üzərindən dəyərləndirib. Azərbaycan milli maraqlar baxımından mahiyyəti dəyişməyən fəxri nüanslarda anlaşmaya gedib. Necə ki, Azərbaycan coğrafi mövqeyin verdiyi imkanlardan yararlanır, Ermənistan da eyni yanaşmanı ortaya qoymalıdır. XXI bu yanaşmaya qarşı gələnin sonu dəqiq uçurumdur.

“Danışıqlar məhz Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Yekun sülh sazişi də zaman məsələsidir. Elə bu məqamda yaddaşlarda Prezident İlham Əliyevin “Bizim qarşımızda dayanan yeganə maneə zamandır” kimi müdrik fikri təzələnir. Heç bir dövlətin sənədi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına ala bilməz. Diqqətə çatdırılan digər məsələ də o idi ki, dövlətimizin başçısı Ağ Evdə Prezident Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında paraflanmış bu sənədi müharibənin başa çatması faktı kimi dəyərləndirdi”, - deyən Ş.Həsənova əlavə edib ki, hüquqi, legitim dövlət olan Azərbaycan bu baxımdan yalnız legitimliyi təsbit və təsdiq edilmiş siyasi fiqurlarla təmasda olur. Müsahibə zamanı Prezident İlham Əliyevin Məsud Pezeşkian üzərindən İran-Azərbaycan münasibətlərini məhz bu cür şərh etməyə başlaması da çox mətləblərdən xəbər verir. Buna görə də Azərbaycan gücünü öz torpaqlarında göstərdi, müharibəmizin azadlıq müharibəsi olduğu, işğal edən ölkə olmadığımız bir daha diqqətə çatdırıldı. Həmçinin vurğulandı ki, Azərbaycan bütün bölgə ölkələri arasında regional əməkdaşlığı gücləndirmək üçün əlindən gələni əsirgəməyəcək.

Dünyada gedən siyasi prosesləri ambivalent duruma salan məsələyə münasibətdə dövlətimizin başçısı aydın mövqe ortaya qoydu ki, ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə kimi birmənalı mövqe nümayiş etdirərək Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Söhbət isə həm hüquqi nöqteyi-nəzərdən, həm sərhədlərə nəzarətdən, habelə fiziki birlikdən gedir, eyni zamanda, dünyanın istənilən yerində separatizmə qarşıyıq.

Politoloq, həmçinin vurğulayıb: “Müsahibədə qabarıq formada üzə çıxan üç mühüm amil kimi təhlükəsizlik, təcrübə və din məsələləri üzrə xüsusi yanaşma ortaya qoyan dövlətimizin başçısı bildirdi ki, prezidentliyinin istənilən dövründə Azərbaycan üçün istənilən potensial təhlükə belə onun üçün ciddi çağırış olub. Habelə tarixin keşməkeşi Azərbaycanı müxtəlif spektrli təcrübə toplamağa vadar edib, bunu da yalnız xahiş edildiyi anda bölüşməyə hazırdır. Məhz bu yanaşmanın özü, ilk növbədə, Azərbaycanın və onun Liderinin ləyaqətli imicindən xəbər verir. Din məsələsinə gəldikdə, Prezident İlham Əliyev, sözün əsl mənasında, malik olduğumuz ideal yanaşmanı bir daha, ən çox da ərəb dünyası üçün ortaya qoydu ki, Azərbaycan cəmiyyəti üçün prioritet olan amil milli, etnik kimliyin vətəndaşlıqla çulğalaşmasıdır. Bu baxımdan bölücülüyün torpaq kimi, dini tərəfi də heç bir sıralamaya daxil edilmir. Bizim üçün yeganə ali mərtəbə var ki, o da etnik kimliyimizlə, dilimizlə, dinimizlə birləşdiyimiz dövlətimiz, dövlətçiliyimizdir”.

Ş.Həsənova diqqətə çatdırıb ki, müsahibənin riyazi dəqiqliklə olmasını dövlətimizin başçısı əvvəldə olduğu kimi, sonda da sübut etdi. Bəli, Azərbaycan o zaman çox zəif idi, ordusu yox idi, Azərbaycanı irəli aparan lider qıtlığı isə ən böyük düşmənimiz idi. Bu gün isə Azərbaycan güclü dövlətdir, ordusu özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirib, prosesləri önə doğru özü aparmağı bilən aktordur, Müzəffər Liderimiz isə xalqımızın ən dəyərli resursudur.




Baxış sayı: 195
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30