FACT-INFO.AZ » SİYASƏT » Türkiyənin vitse-prezidenti: Azərbaycan qazının Suriyaya tədarükü mühüm humanitar addım və regionun enerji təhlükəsizliyinə töhfədir
20-08-2025, 17:30 | SİYASƏT
Türkiyənin vitse-prezidenti: Azərbaycan qazının Suriyaya tədarükü mühüm humanitar addım və regionun enerji təhlükəsizliyinə töhfədir

Azərbaycan qazı ilə istehsal edilən elektrik enerjisi sayəsində Suriya xalqı uzun müddət gözlədiyi işığı əldə edəcək. Nəhayət ki, uzun illər Bəşər Əsəd rejiminin zülmü altında olan suriyalılar öz problemlərini həll edə biləcəklər. Bu kontekstdə hesab edirəm ki, Azərbaycan qazının Suriyaya tədarükü mühüm humanitar addım və regionun enerji təhlükəsizliyinə töhfədir. Fact-info.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu bəyanatla avqustun 20-də “SOCAR Türkiye” şirkəti və Yaxın Şərq Universitetinin (ODTÜ) səyləri ilə həyata keçirilən “Cib kitabları” sosial layihəsinin Ankarada təşkil edilən təqdimat mərasimində çıxış edib.

C.Yılmazın sözlərinə görə, Azərbaycan qazının Suriyaya nəqlinin başlanması Ankara ilə Bakının sıx əməkdaşlığı və koordinasiyası sayəsində mümkün olub. O, Türkiyə və Azərbaycanın, habelə bütün regionun tərəqqisində əhəmiyyətli rola malik olan iki qardaş ölkənin əməkdaşlığını enerji təhlükəsizliyinin təmin edilməsində “kritik əlamətdar amil” adlandırıb.

Türkiyənin vitse-prezidenti Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu (TANAP) kimi layihələrin əhəmiyyətini də vurğulayıb. C.Yılmaz diqqətə çatdırıb ki, SOCAR-ın Türkiyəyə investisiyalarının həcmi 18 milyard dollardan çoxdur. Bu, Azərbaycan şirkətinə Türkiyə iqtisadiyyatına sərmayə qoyan xarici investorlar arasında lider mövqeyinə çıxmaq imkanı verib.

C.Yılmaz bildirib ki, “SOCAR Türkiye” şirkəti Türkiyənin neft-kimya kompleksinə əlavə 7 milyard dollar sərmayə qoymaq imkanlarını nəzərdən keçirir. O əlavə edib: “Ümidvaram ki, bu layihə mümkün qədər tez həyata keçiriləcək. Bu cür təşəbbüslər xarici ticarət kəsirinin azaldılması və ölkəmizin makroiqtisadi sabitliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Türkiyənin vitse-prezidenti qeyd edib ki, “SOCAR Türkiye”nin inkişafı Türkiyə hökumətinin 2053-cü ilə qədər atmosferə zərərli qaz emissiyalarını sıfıra endirmək planlarına uyğundur.

C.Yılmaz elektrik enerjisi nəqlinin artırılmasını Ankara ilə Bakı arasında əməkdaşlığa doğru daha bir strateji addım adlandırıb.

Türkiyəli siyasətçi “SOCAR Türkiye” və ODTÜ-nün sosialyönümlü yeni layihəsini alqışlayıb və bu təşəbbüsü Türkiyədə mədəniyyət və savadlılığın artırılmasına mühüm töhfə kimi xarakterizə edib.

Daha sonra “SOCAR Türkiye” şirkətinin baş direktoru Elçin İbadov və ODTÜ-nün rektoru Ahmet Yozqatlıgil çıxış ediblər.




Baxış sayı: 125
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30