FACT-INFO.AZ » SİYASƏT » “Minalardan azad dünya yolunda - Azərbaycan nümunəsi” adlı beynəlxalq seminar keçirilib
29-07-2025, 07:30 | SİYASƏT
“Minalardan azad dünya yolunda - Azərbaycan nümunəsi” adlı beynəlxalq seminar keçirilib

Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Malayziyanın İnsan Hüquqları Komissiyası (SUHAKAM) və Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Minalardan azad dünya yolunda - Azərbaycan nümunəsi” mövzusunda beynəlxalq seminar keçirilib.

Fact-info.az xəbər verir ki, beynəlxalq seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı “Minaların insan hüquqlarına təsiri” mövzusunda onlayn formatda çıxış edib.

Aparat rəhbəri öz çıxışında minaların insan hüquqlarına təsirini beynəlxalq humanitar hüquq və beynəlxalq hüquq normaları baxımından təhlil edərək bu sahədə mövcud normaların tələblərini diqqətə çatdırıb. Vurğulayıb ki, minalar təkcə silahlı münaqişə zamanı deyil, müharibədən sonrakı dövrlərdə də mülki əhali üçün ən böyük təhlükələrdən biri olaraq qalır. Bu təhlükə insanların yaşamaq hüququna, fiziki və psixoloji sağlamlığına, azad hərəkət etmək hüququna, sağlam ətraf mühitdə yaşamağa, təhsil və əmək hüquqlarına birbaşa təsir göstərir. Ermənistanın həyata keçirdiyi mina terroru insanların həyat və sağlamlıqlarına, ətraf mühitə zərər yetirməklə bərabər, beynəlxalq humanitar hüququn və beynəlxalq insan haqlarının kobud şəkildə pozulması ilə müşayiət olunur.

Humanitar minatəmizləmənin Azərbaycan dövlətinin əsas prioritet vəzifələri sırasında olduğu, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA-nın) bu istiqamətdə mühüm fəaliyyət həyata keçirdiyi, Ermənistanın düzgün mina xəritələrini təqdim etməməsinin yaratmış olduğu çətinliklər seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Bildirilib ki, Azərbaycan ombudsmanı mina qurbanlarının hüquqlarının müdafiəsi, onların sosial reinteqrasiyası və tibbi-psixoloji dəstəklə təmin olunması istiqamətində ardıcıl və sistemli fəaliyyət həyata keçirir, beynəlxalq təşkilatlara ünvanlanan hesabatlar, bəyanatlar və xüsusi məruzələr vasitəsilə Ermənistanın mina terroru nəticəsində baş verən insan hüquqları pozuntuları diqqətə çatdırılır.

Nəzərə çatdırılıb ki, minalarla çirklənmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, otuz il müddətində hüquqları pozulmuş 800 mindən çox keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması prosesi ciddi şəkildə gecikir. Bu isə həmin insanların fundamental insan hüquqlarının pozulması ilə nəticələnir.

Çıxışının sonunda Aparat rəhbəri beynəlxalq təşkilatların Ermənistanın mina terroruna, insan hüquq və azadlıqlarını pozması faktlarına biganə qalmaması, Azərbaycanın minatəmizləmə sahəsində həyata keçirdiyi fəaliyyətə dəstəyin verilməsi, eləcə də ölkəmizə dəqiq mina xəritələrinin təqdim olunması üçün ciddi səylərin göstərilməsi ilə bağlı çağırışlar edib.




Baxış sayı: 55
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30