Atatürk Mərkəzində araşdırmaçı-jurnalist Elxan Salahovun “Başlıbel: yaranışdan işğaladək” kitabının imza mərasimi keçirilib.
Mərasimdən əvvəl başı bəlalar çəkmiş Başlıbel kəndi, Kəlbəcərin, eləcə də ölkəmizin xəritəsində onun yeri, inkişaf yolu, çar Rusiyası və sovet hakimiyyəti illərində baş verən hadisələr, nəhayət, 1993-cü ilin aprelində Birinci Qarabağ müharibəsi zamanı üzləşdiyi ağır faciələr barədə danışılıb.
Kitabın redaktoru Süleyman Qaradağlının aparıcılığı ilə keçən mərasimdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad elmləri namizədi Ənvər Salahov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, mühəndis Arif Süleymanov, müəllim Vəsilə Cəfərova, həkim Hafis Hüseynov və başqaları arxiv sənədləri və ağsaqqalların, yaşlı sakinlərin xatirələri əsasında hazırlanan kitabın yaxşı mənbə olduğunu bildiriblər. Qeyd edilib ki, rayonun ən böyük kəndində ilkin məskunlaşma, kolxoz quruculuğu və kollektivləşmə, repressiya, İkinci Dünya müharibəsi və sonrakı illərdə baş verən hadisələr, həmçinin sosial, mədəni və təhsil sahəsində görülən işlər, habelə adət-ənənələr, toponimlər və s. dolğun şəkildə öz əksini tapıb.
Baxış sayı: 115
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
