FACT-INFO.AZ » SİYASƏT » Xankəndi sülhün, əməkdaşlığın və beynəlxalq dialoqun ünvanına çevrilib
7-07-2025, 16:30 | SİYASƏT
Xankəndi sülhün, əməkdaşlığın və beynəlxalq dialoqun ünvanına çevrilib

İyulun 3-4-də Azərbaycanın Xankəndi şəhərində tarixə yeni bir səhifə yazıldı. Böyük Zəfərin, sarsılmaz iradənin və qürurlu qayıdışın timsalına çevrilmiş bu şəhər İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Bu təkcə diplomatik bir hadisə deyil, həm də tarixi ədalətin zəfəridir, milli suverenliyin möhtəşəm təntənəsidir. 30 il boyunca düşmən separatizminin qaranlıq kölgəsində saxlanılan Xankəndi indi sülhün, əməkdaşlığın və beynəlxalq dialoqun ünvanına çevrilib. Məhz bu səbəbdən də ECO Zirvə görüşünün Xankəndidə keçirilməsi Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, xalqımızın iradəsinin və müzəffər Ordumuzun qəhrəmanlığının nəticəsidir.

Bu fikirləriMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov səsləndirib.

O, bildirib ki, Prezident İlham Əliyevin beynəlxalq miqyasda artan nüfuzu, Azərbaycan diplomatiyasının uğurları, ölkəmizin qlobal platformalarda mühüm söz sahibinə çevrilməsi hər bir vətəndaş kimi veteranları da qürurlandırır: “Azərbaycanın şərəfli tarixinə, Vətən müharibəsinin qəhrəmanlıq səhifələrinə imza atmış insanlar olaraq biz bu günü illərlə gözləmişik. Arzulamışıq ki, Xankəndidə üçrəngli Bayrağımız əzəmətlə dalğalansın, bu qədim Azərbaycan torpaqlarında sülh, tərəqqi və beynəlxalq əməkdaşlıq naminə yüksəksəviyyəli müzakirələr aparılsın. Bu arzu bu gün gerçəkləşir. Biz, bu tarixi anın canlı şahidləri olaraq, qürurla bəyan edirik: bu, həm qələbənin nəticəsidir, həm də sabit sülhün başlanğıcıdır”.

Cəlil Xəlilovun sözlərinə görə, ECO Zirvə toplantısında 13 ölkənin dövlət və hökumət başçısının iştirakı Azərbaycanın regionda yaratdığı yeni reallıqların qlobal miqyasda qəbul olunmasının bariz göstəricisidir. “Xankəndi artıq Avrasiya əməkdaşlığının, mədəni inteqrasiyanın, iqtisadi inkişafın mərkəzinə çevrilməkdədir. Bu Zirvə görüşü göstərir ki, Qarabağ artıq münaqişə deyil, möhtəşəm dirçəlişin və sülhün məkanıdır. Şuşada keçirilən Biznes Forumu, Ağdamda təşkil edilən Gənclər Forumu, Laçında reallaşdırılan Qadınlar Forumu, Xankəndidə keçirilən yüksəksəviyyəli Zirvə görüşü Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında yeni həyatın başlanğıcını ifadə edir. Biz əminik ki, bu görüş Qarabağın bərpası və beynəlxalq investisiya əməkdaşlığının genişlənməsi istiqamətində yeni imkanlar yaradacaq. Azərbaycanın ECO daxilində fəallığı, təşkilatla uzunmüddətli və qarşılıqlı faydalı münasibətləri xüsusi qeyd olunmalıdır. Azərbaycanın təklifləri, təşəbbüsləri istər pandemiya dövründə beynəlxalq həmrəyliyin gücləndirilməsi, istər nəqliyyat-logistika marşrutlarının inkişafı sahəsində ECO ölkələri tərəfindən daim yüksək dəyərləndirilib. Qarabağda aparılan bərpa və quruculuq işlərinə ECO üzvü olan qardaş ölkələrin - Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın qatılması da bu beynəlxalq həmrəyliyin təzahürüdür. Veteranlar təşkilatı olaraq biz bu həmrəyliyi alqışlayır, Xankəndidəki Zirvə görüşünü bu əməkdaşlığın daha da genişlənməsi istiqamətində mühüm addım hesab edirik. Tarix qarşısında məsuliyyət daşıyan nəsil olaraq inanırıq ki, bu Zirvə toplantısı Azərbaycanın sülh və inkişaf naminə yürütdüyü siyasətin daha da möhkəmlənməsinə xidmət edəcək. Xankəndidə dalğalanan Bayrağımızın kölgəsində keçirilən bu möhtəşəm beynəlxalq tədbir gələcək nəsillər üçün də örnək olacaq. Qarabağ Azərbaycandır! Bu gün bu həqiqəti bütün dünya bir daha Xankəndidən eşitdi!”, - deyə o diqqətə çatdırıb.




Baxış sayı: 190
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30