Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına göstərdiyi köməyə görə Azərbaycana bir daha təşəkkür edib. Fact-info.az xəbər verir ki, iyunun 30-da Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə çıxış edən Türkiyə lideri Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin açılışını xatırladıb.
“Qardaşım İlham Əliyevlə birlikdə Azərbaycan məhəlləsinin açılışını etdik. Fəlakətin ilk günündən ölkəmizə yardım əlini uzadan Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm”, – deyə o vurğulayıb.
Türkiyə dövlət başçısı, həmçinin Haaqada keçirilən NATO sammitinin nəticələrinə də münasibət bildirib və Şimali Atlantika Alyansının liderlərinin 2026-cı ildə Ankarada toplaşacağını elan edib.
Baxış sayı: 105
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
