FACT-INFO.AZ » SİYASƏT » Aygün Attar Yekaterinburqdakı hadisə barədə: Rusiya dövlətinin əli ilə törədilib
29-06-2025, 15:30 | SİYASƏT
Aygün Attar Yekaterinburqdakı hadisə barədə: Rusiya dövlətinin əli ilə törədilib

“Yekaterinburqda Rusiya OMON-u tərəfindən törədilmiş məlum hadisə mənə pantürkizm, panislamizm adı altında bu günə qədər aqibəti bəlli olmayan ziyalılarımızın yox edilməsini xatırlatdı. Biz bununla sənədlərdə gördüyümüz o ağrı-acı dolu hadislərin canlı şahidi olduq. Təkcə soydaşlarımıza deyil, yaxın keçmişdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan türklərinə, ümumiyyətlə türk millətinə qarşı törədilən bu cinayətləri və onun arxasında duranları lənətləyirəm. Bu gün Rusiya vaxtilə “xalqlar həbsxanası” kimi tanınan sovet siyasətini davam etdirmək istəyir”.

Fact-info.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a acıqlamasında Türkiyə-Azərbaycan Həmrəylik Vəqfinin rəhbəri, professor Aygün Attar ifadə edib.

İyunun 27-də yaşadıqları mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən qəddarlıqla qətlə yetirilən həmvətənlərimizə rəhmət, çox ağır vəziyyətdə olan yaralılarımıza şəfa diləyən professor sözlərinə belə davam edib: “Dövlətin əli ilə törədilən, Stalin dövrünü xatırladan və heç bir hüquqi zəmini olmayan bu hadisəyə hansı tərəfdən baxsaq haqq qazandırmaq mümkün deyil. Bütün bunlar təsadüf də deyil. Çünki, Rusiya, “sözdə” və “əməldə” terminlərinə görə desək, dəyişkən siyasət nümayiş etdirir. Onların dedikləri ilə əməlləri tamamilə bir-birinə ziddir. İrandakı son hadisələr zamanı vətəndaşlarının Azərbaycan üzərindən təhlükəsiz və rahat şəkildə keçidlərinə göstərdiyi dəstəyə görə Putinin etdiyi təşəkkür hələ yenidir, necə deyərlər hələ “soyumayıb”. Sovet dövründə doğulub-böyüyən bir insan olaraq Rusiya və buna bağlı olaraq Putin hakimiyyətinin siyasətini çox gözəl bilirəm. Yəni, dövlətin icazəsi olmadan OMON adlanan qurumun bunu etməsi mümkün deyil”.

Bu hadisənin təsadüf olmadığını qeyd edən Aygün Attar deyib: “Hadisələrə ardıcıllıqla baxsaq, əvvəlcə Azərbaycan təyyarəsinə qarşı “qəza” adı ilə bir cinayət törədildi. Azərbaycan Prezidenti İlham Əliyev çox açıq bir şəkildə bu cinayəti törədənlərin cəzalandırılmasını, Rusiyanın rəsmi şəkildə üzr istəməsini tələb etdi. Lakin bu, fərqli “donlar geyindirilərək” zamanın axarına buraxıldı. Sonra, bir neçə ay əvvəl Azərbaycanın informasiya resurslarına qarşı təxribat, kiberhücumlar törədildi və bu da cəzasız qaldı. Azərbaycanda “Rus Evi” adı altında qurulan qurumun kəşfiyyat servisinin bir qolu olaraq fəaliyyət göstərdiyi sübut edildi. Bunu etiraf etmək məcburiyyəti qarşısında qalan Rusiya rəsmisi lazımi tədbirlərin görüləcəyini dedi, lakin, yenə davamı gəlmədi. Bir digər hadisə isə yaxın keçmişdə Həştərxanda keçirilən tədbirə dəvət olunmuş Milli Məclisin deputatı Azər Badamovun Rusiya ərazisinə buraxılmamasıdır. Son hadisə də bütün bunların fonunda yaşandı. Bu gün Rusiyanın, necə deyərlər, iqtisadiyyatının onurğa sütunu olan azərbaycanlı iş adamları bu ölkəyə güvənərək orada fəaliyyət göstərirlər. Rusiyanın rəsmi rəqəmlərinə əsasən, hazırda üç milyondan artıq azərbaycanlı bu ölkədə yaşayır. Törədilən sadaladığım bu və bunun kimi bir çox hadisədə Rus Pravoslav kilsəsinin qızışdırıcı rolunu xüsusi vurğulamaq lazımdır”.

Professor, Rusiyanın bu gün qardaşı hesab etdiyi, dili, dini eyni, slavyan Ukrayna xalqına qarşı yürütdüyü qəddar siyasətə baxdıqda son baş verənlərin təəccübləndirici olmadığını vurğulayıb: “Rusiya indi uzun illər, SSRİ dövründə müstəqilliyi əlindən alınan xalqların ailələrinə qarşı törədilən cinayətləri davam etdirmək istəyir. Lakin bu, mümkün deyil. Çünki şovinizmin bu gün Rusiyanı və onun dövlət başçısını hansı vəziyyətə gətirdiyini görürük. Fikrimcə bu, “qara” vicdanın davamıdır. Bəli, yanvar ayını Azərbaycanlılar üçün “qara yanvar”a çevirən qara vicdanın. Hələ 25 il əvvəl Rusiya qoşunları Azərbaycana, Bakının mərkəzinə girərək milli müstəqilliyi uğrunda mübarizə aparan azərbaycanlıların üzərindən tanklarla keçdilər. Bu hadisənin şahidləri hələ sağdırlar. Burada Xocalı soyqırımını törədənlərin arxasında kimlərin dayandığını da unutmamalıyıq. Bu gün şahid olduqlarımız sovet ideologiyasının davamıdır. Haradan baxsaq Rusiyanın vaxtilə sovetlərin hakimiyyəti altındakı türkdilli dövlətlərə qarşı amansız münasibətini görmək olar. Burada bir gecə, anidən min cür işgəncələrlə yurd-yuvasında qovulan, insanlıqdan kənar rəftarla qatarlara doldurularaq Vətənlərindən qovulan Krım türklərini, Qərbi azərbaycanlıları, etnik təmizləməyə məruz qalan çeçen xalqını da unutmamalıyıq. Məsələyə geniş aspektdən baxsaq, bu gün rus alimlərinin də etiraf etdiyi kimi, Rusiyanın harasına baxsaq bir türk mədəniyyəti ilə qarşılaşarıq və Rusiyanın muxtariyyət adı altında müstəqilliklərinə əl qoyduğu türksoylu çoxsaylı xalqlar var”.

“Hazırda bizim gözlədiyimiz Rusiyanın nəyə sığınaraq, nə açıqlama verəcəyidir. Burada Azərbaycandakı rus icmasını da unutmaq olmaz. Şəxsən mən bu icmanın da törədilən hadisəni qınamasını gözləyirəm. Çünki Azərbaycan çoxmillətli, tolerant bir ölkədir və bizim ölkəmizdə müxtəlif xalqların nümayəndələri çox rahat, firavan yaşayırlar. Azərbaycan onların hər birinə qarşı olduqca anlayışlı bir siyasət yürüdür ki, bu da dünya üçün bir nümunədir. Belə bir xalqın nümayəndəsi olaraq mənim üçün Yekaterinburqda Rusiya OMON-u tərəfindən törədilmiş bu hadisə bir hüquqi məsələ deyil, bəşəri cinayətdir” - deyə, professor bildirib.




Baxış sayı: 115
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031