Ermənilərin xalqımıza qarşı törətdiyi Ağdaban faciəsindən 25 il ötür. Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilən ən böyük cinayətlərdən biridir. 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni separatçıları Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndinə hucum edib. Erməni separatçıları tərəfindən kənd yandırılıb. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib. 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb. Həmin vaxt 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ağdabanın işğalı Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosiyanın əmri ilə həyata keçirilib. Erməni separatçıları Ağdabanda olan tarixi, memarlıq və mədəniyyət abidələri dağıdıb. Müqəddəs ziyarətgah və qəbiristanlıq təhqir və məhv edilib. Klassik Azərbaycan şerinin ustadı Aşıq Qurbanın, oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb talan edilib.
Qeyd edək ki, Ağdaban faciəsi - bəşər tarixinin silinməz qara səhifəsi, erməni seperatçılarının dünya ictimaiyyətinin gözü qabağında gerçəkləşdirdiyi etnik təmizləmə siyasətinin davamı idi. Ağdaban faciəsi Xocali, Xatin və Sonqimi soyqrımı siyasətinin dəhşətli təkrarı kimi xarakterizə edilir.
Baxış sayı: 1 722
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

