FACT-INFO.AZ » CƏMİYYƏT » Fransa ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib
5-04-2017, 10:20 | CƏMİYYƏT
Fransa ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib

Kanalın “64 dəqiqə” verilişinin qonağı olan səfir əvvəlcə aparıcının ötən gün Sankt-Peterburq metrosunda törədilmiş terror aktı ilə bağlı fikirlərini soruşub.

Səfir Sankt-Peterburqda törədilmiş terror aktının hamını şoka saldığını bildirərək Rusiya hökumətinə, xalqına və həlak olanların yaxınlarına başsağlığı verib. O, Azərbaycanın da terrordan əziyyət çəkən ölkə olduğunu diqqətə çatdırıb. Diplomat deyib ki, terrorizm nə sərhəd, nə də etnik və ya dini fərq tanıyan bir cinayətdir. Bütün sivil ölkələr bu fenomenə qarşı son vaxtlar səfərbər olub. Azərbaycan da terrorizmə qarşı mübarizədə beynəlxalq koalisiyasının üzvdür. Azərbaycan sülhməramlıları Əfqanıstanda, İraqda və digər ölkələrdə sülhyaratma əməliyyatlarında iştirak ediblər. Azərbaycan koalisiyaya üzv ölkələrlə, eləcə də Fransa ilə beynəlxalq müstəvidə terror aktlarının qarşısının alınması sahəsində əməkdaşlığı davam etdirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ötən ilin aprel hadisələri ilə bağlı suala cavabında səfir əvvəlcə münaqişənin tarixi barədə ətraflı məlumat verib. O deyib ki, bu münaqişəyə bəzən “dondurulmuş”, “unudulmuş” kimi adların verilməsi düzgün deyil. Bir il bundan əvvəl baş vermiş hadisələr bir daha göstərdi ki, vəziyyət nə dərəcədə kövrək və təhlükəlidir. Bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranıb. Ermənistanın hərbi təcavüz etdiyi və etnik təmizləmə apardığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon artıq 25 ildir işğal altındadır. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir və BMT, Avropa Şurası tərəfindən dəfələrlə pislənilib. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 1993-cü ildə dörd qətnamə qəbul edib. Bu qətnamələr erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb edir. Təəssüf ki, Ermənistan indiki status-kvonu saxlamaq seçimi edib. Yəni, Ermənistan vəziyyəti dəyişmək üçün heç bir siyasi iradə göstərmir. Fikirləşir ki, status-kvonu saxlamaqla vaxt qazana və bu münaqişədə qalib gələ bilər. Bu, yanlış fikirdir. Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində törətdiyi təxribat nəticəsində keçən ilin aprel ayında onlarla insanın həyatına son qoyan hərbi əməliyyatların kəskinləşməsi göstərdi ki, siyasi iradənin olmaması ucbatından vəziyyət nə dərəcədə kövrək və təhlükəlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ay Fransaya səfərinin nəticələri barədə suala cavab verən diplomat dövlətimizin başçısının Prezident Fransua Ollandla danışıqlarının Fransanın nə dərəcədə sülh prosesinə cəlb olunduğunu göstərdiyini söyləyib. O deyib ki, Fransa Amerika Birləşmiş Ştatları və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Həmsədrliyi çərçivəsində Fransa 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü - Paris sammitini təşkil edib. Maraqlı və ümidverici danışıqlar oldu, ancaq təəssüflər olsun ki, bu görüşdən bir həftə sonra Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başladı. Bu isə sülh prosesinə ciddi zərbə idi. Keçən ilin aprel ayında Azərbaycan təxribatlara cavab verdi və işğal altındakı bəzi ərazilərini azad etdi. Həmin vaxtdan bəri Ermənistan Azərbaycanla birbaşa görüşlərdən imtina edir. Azərbaycan üçün bu münaqişənin nəticələri çox ağırdır. Çünki əhalimizin bir milyonu bu gün qaçqın və ya məcburi köçkündür. Bu, Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasətinin nəticəsidir.

Aparıcının Azərbaycan ilə Fransa arasındakı iqtisadi əməkdaşlıq, Azərbaycanın neft ölkəsi olması və bu gün yaşanan neft böhranı fonunda ölkəmizin bu böhrana necə adaptasiya etməsi barədə sualına cavabında səfir deyib ki, Fransa Azərbaycan üçün əsas tərəfdaş ölkə olaraq qalır. Bu il Fransa–Azərbaycan diplomatik əlaqələrinin yaranmasının 25 illiyi qeyd olunur. Azərbaycan Fransa üçün iqtisadi və ticari mübadilələr baxımından əsas ölkədir. Müstəqilliyimizi bərpa edəndən sonra Fransa iqtisadiyyatımıza 2,4 milyard dollar sərmayə yatırıb. Doğrudur, əvvəllər bu yatırımlar yalnız neft-qaz sahəsində olurdu, ancaq bu gün 50-yə qədər fransız şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərir.

Azərbaycanın gəlirləri neftin qiymətindən çox asılı olduğu üçün neftin qiymətinin aşağı düşməsi bizə də təsir göstərib. Amma artıq bir neçə ildir ki, ölkəmizdə iqtisadiyyatın diversifikasiyası siyasəti aparılır. Kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, kosmik layihələr kimi qeyri-enerji sahələrinə sərmayələr yatırılıb. Görülən bu tədbirlər nəticəsində ölkənin neft gəlirlərindən asılılığı azalıb. Bununla belə, Xəzər dənizi karbohidrogenlərinin Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına çatdırılması sahəsində Azərbaycan yenə də Avropa İttifaqının strateji tərəfdaşı olaraq qalır.

Müsahibə zamanı E.Əmirbəyov ölkəmizdəki ictimai-siyasi vəziyyət, həyata keçirilən demokratik islahatlar barədə də danışıb. O deyib ki, görülən işlər barədə daha yaxşı məlumat əldə etmək üçün Azərbaycana səfər etmək lazımdır.

Azərbaycan hələ 1918-1920-ci illərdə Şərqdə ilk parlamentli demokratik respublika olub. Həmin vaxt Azərbaycan hətta Fransadan da çox əvvəl qadınlara səsvermə hüququ verib, müstəqilliyin bərpasından sonra ölkədə ölüm hökmü ləğv edilib. 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olub. Cəmiyyətin demokratikləşməsi və liberallaşması məqsədilə ölkədə bir çox vacib siyasi islahatlar həyata keçirilib. Ancaq onu da nəzərə almaq lazımdır ki, 25 il tarix baxımından heç də böyük zaman deyil və biz bu istiqamətdə səylərimizi davam etdiririk.

Səfir, həmçinin vurğulayıb ki, Azərbaycan dini tolerantlıq və mədəniyyətlərarası dialoq baxımından bir çox ölkələrə nümunədir. (AZƏRTAC)

   

 

 




Baxış sayı: 1 680
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30