FACT-INFO.AZ » İQTİSADİYYAT » İqtisadiyyat İnstitutunun strateji hədəflərindən biri fundamental tədqiqatların real mərkəzinə çevrilməkdir
14-04-2025, 19:00 | İQTİSADİYYAT
İqtisadiyyat İnstitutunun strateji hədəflərindən biri fundamental tədqiqatların real mərkəzinə çevrilməkdir

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun yaradılmasının 67 illiyi münasibətilə tədbir keçirilib. 1958-ci il aprelin 14-də təsis edilmiş İqtisadiyyat İnstitutunda bu tarix hər il “İnstitut günü” kimi də qeyd olunur.

Bu barədə Fact-info.az-a institutdan bildirilib. Tədbirdə İqtisadiyyat İnstitutunun baş direktoru iqtisad elmləri doktoru professor Nazim Müzəffərli müəssisənin yaranması tarixindən, keçdiyi şərəfli inkişaf yolundan, Azərbaycan iqtisad elminə və ölkə iqtisadiyyatına verdiyi töhfələrdən danışıb. O bildirib ki, müstəqillik illərində İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində sanballı elmi-tədqiqat işləri yerinə yetirib, peşəkar milli kadrların hazırlanması sahəsində mühüm xidmətlər göstərib. Azərbaycanda fundamental elm mərkəzi olmaqla ölkədə tanınmış iqtisadçılar nəsli yetişdirib. Burada uzun illər görkəmli iqtisadçı alimlər çalışıblar.

İclasda şöbə müdirləri - AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov, professorlar Tofiq Hüseynov və Tərbiz Əliyev çıxış edərək institutun Azərbaycanda iqtisad elminin inkişafındakı rolu, mövqeyi və əhəmiyyətindən, zəngin tarixi inkişaf yolundan danışıblar. Qeyd olunub ki, 55 il ərzində mövcud olmuş dissertasiyaların müdafiə şuralarında 900-dən artıq fəlsəfə doktoru, 100-dən çox elmlər doktoru işi müdafiə edilib. İnstitutun həmin yetirmələri Azərbaycan iqtisadiyyatının idarə olunmasına və inkişafına böyük töhfələr veriblər, hazırda da dövlət qurumlarında, ölkə parlamentində uğurla təmsil olunurlar. Azərbaycanda fundamental və tətbiqi iqtisadi araşdırmaların əsas mərkəzlərindən biri olan İqtisadiyyat İnstitutunda müstəqil milli iqtisadiyyatın sosial-iqtisadi inkişaf problemləri ilə bağlı fundamental tədqiqatlar aparılır. İnstitutun hazırda yerinə yetirdiyi elmi-tədqiqat istiqaməti Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə, eləcə də “AMEA 2020-2025-ci illər üçün inkişaf proqramına” uyğun olaraq müəyyənləşdirilib.

İnstitut Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramlarının və Nazirlər Kabinetinin qərarlarının icrasına dair müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edir, onların sifarişlərini yerinə yetirir və birgə tədqiqatlar aparır. Habelə ölkənin aparıcı universitetləri ilə elm və təhsilin inteqrasiyası məqsədilə birgə layihələr həyata keçirilir. İnstitutun əməkdaşları hökumət qurumlarının iqtisadiyyatla bağlı 10-dan artıq işçi qruplarında ekspert qismində təmsil olunurlar. Qarabağda yeni iqtisadiyyat quruculuğu sahəsində institutun apardığı tədqiqatlar dövlət tərəfindən yüksək qiymətləndirilir.

Vurğulanıb ki, İqtisadiyyat İnstitutunun strateji hədəfləri yaxın perspektivdə Azərbaycanda fundamental iqtisadi tədqiqatların real mərkəzinə, iqtisadi tədqiqatların əsas əlaqələndiricisinə, hökumətin kollegial ekspertinə və məsləhətçisinə çevrilməkdir.




Baxış sayı: 195
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30