FACT-INFO.AZ » İQTİSADİYYAT » Kəmaləddin Heydərov “Böhranların və fövqəladə halların idarə edilməsi üzrə Dünya Sammiti”ndə iştirak edib
9-04-2025, 15:30 | İQTİSADİYYAT
Kəmaləddin Heydərov “Böhranların və fövqəladə halların idarə edilməsi üzrə Dünya Sammiti”ndə iştirak edib

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 8-9 aprel 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən 8-ci “Böhranların və fövqəladə halların idarə edilməsi üzrə Dünya Sammiti”ndə iştirak edib.

Fact-info.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, müxtəlif ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətlərinin iştirak etdiyi sammitin keçirilməsində əsas məqsəd fövqəladə hallarla səmərəli mübarizə məqsədilə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi, xüsusilə transsərhəd böhranlara qlobal hazırlığın təmin edilməsi üçün innovativ yanaşmaların müəyyən edilməsi və bu sahədə müzakirələrin aparılmasıdır.

Tədbirdə çıxış edən nazir Kəmaləddin Heydərov sammitin əhəmiyyətini qeyd edərək, onun fövqəladə hallara qlobal hazırlıq səviyyəsinin yüksəldilməsi, o cümlədən fəlakətlərə çevik və səmərəli reaksiya verilməsi məqsədilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılması və qabaqcıl innovasiyaların müəyyən edilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb.

Azərbaycanda fövqəladə hallarla mübarizə üzrə görülən uğurlu işlər barədə məlumat verən nazir fəlakətlərin xüsusilə qlobal iqlim dəyişikliyi fonunda yaratdığı təhlükələrin vaxtında müəyyən edilməsi və aradan qaldırılması üçün koordinasiyalı fəaliyyətin əhəmiyyətini qeyd edib, bu istiqamətdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin istər xarici ölkələrin uyğun qurumları ilə ikitərəfli səviyyədə, istərsə də müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini bildirib. O da vurğulanıb ki, BMT-nin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupuna – INSARAG-a üzv olan Azərbaycan irihəcmli fövqəladə hallarla mübarizə üçün beynəlxalq qəza-xilasetmə əməliyyatlarında fəal iştiraka daim hazırdır.

Çıxışında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda uğurla keçirildiyini xatırladan nazir ölkənin qlobal problemlərin həlli, o cümlədən ətraf mühitin qorunması məsələlərinə ciddi dəstək verdiyini vurğulayıb.

Qeyd edək ki, iki gün davam edən sammitdə ölkələrin fövqəladə hallarla mübarizə üzrə məsul qurumlarının rəhbərlərinin çıxışları dinlənilib, geniş müzakirələr aparılıb.

Tədbir çərçivəsində nazir Kəmaləddin Heydərov bir sıra ikitərəfli görüşlər keçirib, həmçinin fövqəladə hallarla mübarizə üzrə ən müasir texnika və avadanlıqların, müxtəlif vasitələrin nümayiş olunduğu sərgi ilə tanış olub.




Baxış sayı: 170
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30