FACT-INFO.AZ » CƏMİYYƏT » Şəkillərdə yaşayan xatirələr
8-04-2025, 16:00 | CƏMİYYƏT
Şəkillərdə yaşayan xatirələr

Görəsən, əzizlədiyimiz xatirələr hansı rəngdədir? Xatirələrin neçə rəngi var? Onların rənginin ya ağ, ya da qara olduğunu düşünürəm. Yaşadığı ömür insanın yaddaşında daha çox iki cür qalır: yaxşı və pis. Yaxşı hadisələr ağ rəngdə, pis  hadisələr isə qara rəngdə.

Qəlbimizin dərinliyinə hopmuş xatirələrin bəzilərini yada salanda üzümüzə təbəssüm qonur, ürəyimiz açılır. Onların qanadında keçmişə dönür, xoşbəxt günlərimizi gözlərimizin önündə yenidən canlandırırıq. Bəzi xatirələrimiz o qədər çox kövrək olur ki, yada düşəndə kədərlənirik, gözlərimiz nəmlənir, yanaqlarımızda şeh damcılarına bənzəyən yaş gilələnir. Elə xatirələr də var ki, heç onun səmtinə nə əl uzatmaq, nə də baxmaq istəyirik. Sanki kövrələcəyimizdən, xatirələrin ağırlığından qəddimizin bir daha düzəlməyəcəyindən qorxuruq.

Bir zamanlar bu şəkildəki dörd nəfərin bir daha bir yerə toplaşmamaq düşüncəsidən qorxduğu kimi.

Şəkil 1936-cı ildə Bakı şəhərində çəkilmişdir. Dörd nəfər oturub: Ata, Ana, Qardaş, Bacı. Bu, onların ömründəki ən xoşbəxt günlərindən biridir və çox təəssüf ki, bu an bir daha təkraralanmayacaq, elə xatirələrdə də yaşayacaq. Hüseyn Cavid və onun ailəsinin acılı-şirinli xatirələri elə fotolarda qalacaq. Bu gün Hüseyn Cavid ailəsinin xatirə kitabını vərəqlədikcə o səhifələrdə nakam qalmış arzularda sağa-sola burulan yolların sonu görünmür. Günlər ötüb arxada qaldıqca xatirələrdə üst-üstə qalaqlanır, xatirə kitabının vərəqinin sayı artır.

Mişkinaz və Turan xanımın ömür kitabını vərəqlədikcə kövrək xatirələr bir anlıq əlimdən tutub məni onların ömrünün səssiz-səmirsiz ötən çağlarında yaşanan günlərinə aparır...

Turan xanım öz məktəb illərinə aid xatirələrində qeyd edir ki, "Hər ikimizi o yola salırdı. Səhərlər ananı oyatmağa ürəyi gəlmirdi. Biz duranda artıq çay süfrəsi də, geyim-kecimimiz də hazır olurdu. Çox diqqətliydi. O dövrün insanlarında böyük sadəlik vardı, bu da, görünür ki, onların daxili zənginliklərindən irəli gəlirdi. Dərslərimizlə maraqanırdı, yaşımıza uyğun olmayan kitabları oxumağa qoymazdı.

Bu xoşbəxt ailə tablosunu bir həyat yoldaşı kimi Mişkinaz xanım öz xatirələrində bu cür davam etdirir "1929-cu ilin yay ayında biz hamımız yenə də Borjomda istirahət edirdik. Şəhərin bağlı-bağatlı bir yerində otaq tutmuşduq.

Adətən, səhər, günorta, axşam yeməklərini evdə yeyərdik. Mən xoşlardım ki, uşaqlara və Cavidə özüm bişirdiyim yeməklərdən yedirdim".

Ancaq o günlərin yemək qayğısının sonralar sadəcə bir xoşbəxtlik olduğunu kim bilə bilərdi ki!?

"1939-cu il iki iyul saat on ikidə görüş verəcəkdilər. Üçümüz də əlimizdə şeylər durmuşuq qapının qabağında. Fikirləşirəm nə halda görəcəyik?

Cavid qapıya yaxın tərəfdəydi. Əlləri dizlərinin üstündə. Gözünü qapıya zilləyib oturmuşdu. Qapıdan girən kimi mən gördüm. Adam çox olduğu üçün, bir də ki, gözlüyü gözündə yoxdu, tez görə bilmədi. Yaxına gələn kimi dik qalxdı ayağa. Qollarını açıb üçümüzü birdən qucaqadı. Birinci sözü bu oldu:

- Dünən niyə gəlmədiniz?

- Çatdıra bimədim.

Uşaqları bir də ayrı-ayrı qucaqladı. Uzun müddət görmədiyi üçün ona nə qədər böyümüş görünürlər. Elə həsrətlə baxırdı ki... Ürəyinə danmışdı ki, bu görüş axırıcı dəfədir... Xeyli arıqlamışdı. Rəngi qaçmışdı. İkimiz yan-yana oturduq. Uşaqlar da bir tərəfdə. Bir qolun açıb ikisini də özünə tərəf sıxmışdı.

Ancaq bu görüş də bir xoşbəxtlik imiş. Ailənin hər bir üzvü sağdır. Yenə bir arzunun qanadlarındaydılar. Hər birinin bir ümidi var idi - bir gün yenidən bir yerdə olmaq. Baba Sibirdən dönəcək, Ərtoğrol əsgərlikdən qayıdacaq. Ailə xoşbəxt günlərinə yenidən qovuşacaq. Ailənin birliyi sadəcə xoşbəxtlik üçün deyil, onların sağlamlığı üçün də gərəkli idi. Ərtoğrol Naxçıvanda ağır xəstəlik ilə savaşarkən sağalmağın yolunu ailəsinin bir arada olmağından asılı olduğunu vurğulayırdı. Ailəsinə 1943-cü il avqust ayının 29-da yazdığı məktubunda qeyd edir: "Yalnız bir məsələ düşündürür. Sizin Naxçıvana gəlməniz. Tezliklə bir yerə toplansaq, nə böyük sevinc olar?.. Hamısı sizdən asılıdır. Hələlik. Bərk-bərk öpürəm".

Ərtoğrol bunları 1943-cü ildə arzulamışdı. Ömrünün son günlərində. Ancaq qismət... Ailənin yenidən qovuşması illər sonra mümkün oldu. Əsrə bərabər illərdən sonra. Bu ağır missiya ailə başçısının deyil, zamanın siyasi Liderinin və ailənin sonbeşiyinin çiyinləri üzərinə düşdü. Bu kənardan göründüyü kimi, ailə fərdlərinin bir türbə daxilində yenidən qovuşması - sadə proses deyildi. Qanlar hesabına yaradılmış bir imperiyaya əsər edəcək siyasi gücün nəticəsində mümkün oldu.

"Məqbərənin. Elə oldu ki, biz çıxanda Əliyev foyedə akademiklərlə söhbət edirdi, məni görüb çağırdı. Yaxınlaşıb salam verdim. Çox sevinclə: "Xəbərin var, məqbərəni tikirlər" - dedi. "Bəli, eşitmişəm". Əlavə etdi ki, mən də gedəcəm. "Çox gözəl", - dedim. Doğum tarixini bir də soruşdu. İstədiyi o idi ki, layihəsi təsdiq olundu və mən anamın və Ərtoğrolun məqbərəyə köçürülməsini Əliyevə deyə bilmədim. Çox əzab çəkirdim. 1996-cı ilin iyunun 21-də Vəli Axundovun 80 illik yubileyi Akademiyada keçirilirdi. Ümid etməzdim ki, elə bir yerdə Əliyevi görüb sözümü deyə bilərəm - məhz 24-də açılsın məqbərə. Əliyev söhbət etdikcə hiss edir ki, məndə o sevinc yoxdur. Birdən nəsə dayandı, diqqətlə üzümə baxdı: "Nə sözün var, de". Mən təəccüb elədim. Söz məni elə tutmuşdu ki, birdən-birə cavab verə bilmədim. - "De, çəkinmə, de, nə demək istəyirsən, de". "Ərtoğrolun da məqbərəyə köçürülməsini istərdim". Dərhal razılaşdı. Yenə diqqətlə üzümə baxdı. "Deyəsən, sözün bitməyib". "Sizə təşəkkür üçün bütün sözlər azdır", - dedim. "Yenə sözün varsa, de, çəkinmə". "Anam onlardan ayrı qalır". "Onun da məqbərədə olmasını istəyirsən?" "Bəli" -  dedim. "Çox istəyirsən?" "Çox!" "İstəyirsən, tapşırım".

Ailənin 3 üzvü 57 ilin ayrılığından sonra cismən belə qovuşdu. 65 ilin həsrətindən sonra - 2004-cü ildə də böyük ürək sahibi Turan ilə - ailənin sonuncu üzvü ilə qovuşdular.

Sevda QULİYEVA

Hüseyn Cavidin Ev-muzeyinin əməkdaşı




Baxış sayı: 115
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30