FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycan ixrac-nəql marşrutları ilə Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib
6-04-2025, 18:00 | İQTİSADİYYAT
Azərbaycan ixrac-nəql marşrutları ilə Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövrün reallıqlarına uyğun formalaşdırılaraq müvəffəqiyyətlə davam etdirilməsi ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasını, tarixi zəfərlərimizin əldə olunmasını, respublikamızın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsini təmin edib. Azərbaycan şaxələndirilmiş ixrac-nəql marşrutları, strateji əhəmiyyətli enerji layihələri ilə regionun və Avropanın enerji təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib.

Bu fikirləri Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Dünyanın ən nəhəng və mürəkkəb layihələrindən olan Cənub Qaz Dəhlizinin bu gün Avropanın enerji təhlükəsizliyində strateji önəm kəsb etdiyini vurğulayan deputat qeyd edib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri olan TANAP və TAP Azərbaycan qazının Avropa bazarına nəqlini uğurla təmin edir. Azərbaycan Prezidentinin qətiyyəti və müdrik rəhbərliyi ilə həyata keçirilən bu layihənin uğurla icrasında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasları mühüm rola malikdir. Bu platforma tərəfdaşlarla birgə səmərəli müzakirələrin aparılmasına, mühüm qərarların qəbul olunmasına dəyərli töhfə verib.

“Məşvərət Şurasının son iclasında dövlətimizin başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Azərbaycanın ötən illər ərzində tərəfdaşlarla birgə icra etdiyi nəhəng layihələr bu gün qlobal müstəvidə baş verən hadisələr fonunda regionun, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir”, - deyə deputat vurğulayıb.

Avropa İttifaqının ölkələrinin Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük önəm verdiyini söyləyən Mircəlil Qasımlı bildirib ki, 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycandan İttifaq ölkələrinə ixrac edilən qaz həcmlərinin ikiqat artırılması nəzərdə tutulurdu. Ötən müddətdə bu istiqamətdə mühüm nailiyyətlər əldə edilib. Bu gün artıq 10-u Avropa ölkəsi olmaqla, 12 ölkə Azərbaycan qazı ilə təchiz edilir. Bu, olduqca mühüm nailiyyətdir.

Bakının ötən ilin noyabrında COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etdiyini söyləyən deputat qeyd edib ki, Azərbaycanın 2030-cu ilə qədər “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”nə çevrilməsi sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri kimi müəyyənləşdirilib. Artıq bu istiqamətdə uğurlu fəaliyyət həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonasına çevrilməsi məqsədilə davamlı işlər görülür.

Eyni zamanda, Azərbaycan dünyanın nüfuzlu enerji şirkətləri ilə birgə ölkəmizdə bərpaolunan enerji layihələrinin icrası istiqamətində mühüm fəaliyyətlər həyata keçirir. Həmçinin ölkəmiz tərəfdaşlarla birgə mühüm beynəlxalq əhəmiyyətli yaşıl enerji layihələrinə də xüsusi diqqət ayırır. Bu xüsusda, əminliklə deyə bilərik ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri etibarlı tərəfdaş kimi ölkəmizin rolunu daha da möhkəmləndirəcək.




Baxış sayı: 140
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30