Qazaxıstan Özbəkistan və Azərbaycanla birgə irimiqyaslı enerji layihəsinin həyata keçirilməsinə başlayıb. Bu layihəyə əsasən Xəzər dənizinin dibi ilə kabel xətti çəkiləcək və Avropa bazarlarına yaşıl enerji ixrac olunacaq.
Fact-info.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Səmərqənddə keçirilən “Mərkəzi Asiya-Avropa İttifaqı” Samitində çıxış edərkən deyib.
O bildirib ki, bu layihə həm Mərkəzi Asiya, həm də Avropa üçün çox əhəmiyyətlidir.
Prezident qeyd edib ki, Avropa İttifaqının iqtisadiyyatı üçün zəruri olan 34 növ məhsulun 19-u Qazaxıstanda istehsal olunur.
“Uran, titan, mis, volfram, kobalt, litium kimi məhsulların Avropaya göndərilməsi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə olunur. Bu marşrutla yükdaşımanın həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb və 2027-ci ildə 10 milyon tona çatacaq. “Global Gateway” strategiyası Mərkəzi Asiya ölkələri, Qərb ilə Şərq arasında birləşdirici funksiyaya malikdir. Bundan səmərəli istifadə hər iki region üçün əhəmiyyətlidir”, - deyə Qazaxıstan Prezidenti bildirib.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
