APA-nın məlumatına görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Uludağ İqtisadi Sammitində bildirib.
Türkiyənin həyata keçirdiyi iri infrastruktur layihələri barədə məlumat verən nazir qeyd edib ki, onların icrasına başlanılarkən yalnız Türkiyənin deyil, eyni zamanda qardaş ölkələrin mənafeyi də düşünülüb.
"Ədirnədən hərəkət edən qatar İstanbul boğazının altından keçərək Qarsa gedəcək. Bu layihə ilə biz Avropa ilə Asiyanı birləşdiririk, lakin bununla kifayətlənmədik. Bakı-Tbilisi-Qars layihəsini həyata keçirmək üçün fəaliyyətə başladıq. İyun ayında bu layihənin inşası başa çatacaq. Bundan sonra Londondan hərəkət edən qatar Orta Asiyaya qədər gedə biləcək", - deyə o bildirib.
Nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars layihəsini daha da aktivləşdirmək üçün o Qara dəniz sahillərindən çəkiləcək dəmir yolu xəttinə birləşdiriləcək.
Baxış sayı: 1 569
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

