Azərbaycanın qiymətli kağızlar bazarında tətbiq olunan texnoloji innovasiyalar yeni imkanlarla yanaşı ciddi risklər də yaratmaqdadır.
Bu fikirləri Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədrinin müşaviri Müşfiq Əhmədli Bakıda keçirilən 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.
"Depozitar infrastrukturu nöqteyi-nəzərindən kiberhücumlar ciddi təhdidlər doğurur. Bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməməsi həssas məlumat itkisinə və əməliyyat gecikmələrinə səbəb ola bilər. Bu səbəbdən, MDM-in inkişaf strategiyasında informasiya təhlükəsizliyinin gücləndirilməsi təşəbbüsünə böyük önəm verilib, bu istiqamətdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə mütəmadi kiberdayanıqlığın gücləndirilməsi üzrə məlumat mübadiləsini həyata keçirilir. Hazırda veb tətbiqlərin təhlükəsizliyi, imtiyazlı istifadəçilərə nəzarət və kibertəhdidlərin aşkarlanması sistemləri real rejimdə tətbiq edilir", - deyə o qeyd edib.
Baxış sayı: 140
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
