FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycanda daha 131 hərbçi yeni mənzillərlə təmin olunacaq
12-03-2025, 08:00 | İQTİSADİYYAT
Azərbaycanda daha 131 hərbçi yeni mənzillərlə təmin olunacaq

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Fact-info.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. İclası giriş sözü ilə açan komissiyanın sədri, maliyyə naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib.

Komissiyanın sədri sözügedən Fərmanın icrası olaraq bu günədək dövlət vəsaiti hesabına Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusunun mənzillərlə təmin olunduğunu, bundan sonra da hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi prosesinin davam etdiriləcəyini bildirib.

Komissiyanın iclasında 2024-cü ilin sonunda dövlət vəsaiti hesabına Bakı və Sumqayıt şəhərlərində alınmış tam təmirli mənzillərdən bölüşdürülməmiş qalan 131 mənzilin bölgüsü aparılıb. Belə ki, Müdafiə Nazirliyi tərəfindən növbəsi çatmış hərbi qulluqçular arasında püşkatma yolu ilə müəyyən edilən bölgü Komissiyanın müvafiq qərarı ilə təsdiq olunub.

Qeyd olunub ki, Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxılır və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edilir.




Baxış sayı: 170
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30