FACT-INFO.AZ » İQTİSADİYYAT » Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən hallar və məhsullar təsdiqlənib
11-03-2025, 12:00 | İQTİSADİYYAT
Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən hallar və məhsullar təsdiqlənib

Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar, fəaliyyət sahələri və məhsullar təsdiqlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, aşağıdakı hallarda Məcəllənin tələbləri bu sənəddə nəzərdə tutulan fəaliyyət sahələrinə və məhsullara tətbiq edilmir və ya məhdud tətbiq edilir:
-Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində (bu halda hərbi vəziyyət elan edildiyi ərazinin (ərazilərin) hüdudlarında) hərbi vəziyyət elan edildikdə;
-Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət elan edildikdə (elan edildiyi ərazidə).
Yuxarıda nəzərdə tutulan hallarda Məcəllənin tələbləri aşağıdakı fəaliyyət sahələrinə və məhsullara tətbiq edilmir:
- hüquqi şəxs yaratmadan kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olan fiziki şəxslərin, habelə ailə kəndli təsərrüfatlarının istehsal və digər təsərrüfat fəaliyyəti (məhsulların emalı, saxlanması, daşınması və satılması);
-həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti;
-sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması (sənaye üsulu ilə istehsal istisna olmaqla);
- bütün növ nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarının həyata keçirilməsi;
- “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanun ilə müəyyən edilmiş əşyalar.
Sənəddə nəzərdə tutulan hallarda aşağıdakı fəaliyyət sahələrinə və məhsullara yalnız Məcəllənin tələblərinə tətbiq edilir:
- elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə, “yaşıl” texnologiyaların tətbiqi sahələri;
- Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən
media məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı” ilə müəyyən edilmiş məhsulların idxalı və satışı;
- dəfn və qəbiristanlığın mərasim xidmətləri;
- “Startap” şəhadətnaməsi almış təsərrüfat subyektlərinin həmin startap üzrə fəaliyyəti;
- dövlət büdcəsinin vəsaiti hesabına müdafiə və ya dövlətin təhlükəsizlik ehtiyacları üçün satın alınan məhsullar.
Bu sənəddə nəzərdə tutulan hallarda Məcəllənin 6-cı fəslinin tələbləri aşağıdakı fəaliyyət sahələrinə və məhsullara tətbiq edilmir:
- aqrar sahədə mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin istehsal və digər təsərrüfat fəaliyyəti (məhsulların emalı, saxlanması, daşınması və satılması);
- idman klublarının fəaliyyəti;
- mədəniyyət xidmətləri (muzeylərin, tarix və mədəniyyət əhəmiyyətli parkların və qoruqların fəaliyyəti).





Baxış sayı: 145
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30