FACT-INFO.AZ » İQTİSADİYYAT » Ukraynalı ekspert: Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün əlverişli loqistika mövcuddur
4-01-2025, 17:30 | İQTİSADİYYAT
Ukraynalı ekspert: Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün əlverişli loqistika mövcuddur

Ukrayna 2025-ci ilin yanvarın 1-dən Rusiya qazının öz ərazisindən Avropaya nəqlini dayandırıb. Rəsmi Kiyev 2019-cu ildən mövcud 5 illik tranzitlə bağlı müqaviləni uzatmaqdan imtina edib. Bunu qlobal enerji bazarında son illərin ən səs-küylü hadisəsi kimi qiymətləndirmək olar. Çünki söhbət Avropanın bir hissəsinin təbii qazla təminatından gedir.

Ukraynalı iqtisadçı ekspert, iqtisadi elmləri namizədi İvan Us AZƏRTAC-a məxsusi açıqlamasında bildirib ki, Rusiyanın Avropaya təbii qaz nəqlinin pik həcmi sovet dövründə olub. Sonra qaz nəqli azaldılıb: “Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra qaz nəqlinin həcmi daha da azaldıldı. 2024-cü ilin sonuna olan statistikaya görə, Rusiyanın Avropaya qaz nəqlinin həcmi təxminən 30 milyard kubmetrə yaxın olub. Rusiyanın Avropaya qaz ixracının təxminən yarısı Ukraynadan keçirdi. Bu da təxminən Rusiya üçün illik 5-6 milyard dollar gəlir demək idi. Ukrayna da Rusiya qazının nəqlindən qazanırdı. Bu da təxminən illik 800 milyon dollar idi”, - deyə ukraynalı ekspert əlavə edib. Onun sözlərinə görə, Avropa ölkələri alternativ marşrutlarla təbii qazla təmin olunacaq.

“Bundan sonra Avropanı təbii qazla təmin etmək üçün “Cənub dəhlizi” var. Rusiya təbii qazını Qara dənizlə Türkiyə vasitəsilə Bolqarıstana və daha sonra Avropa ölkələrinə çatdırır. O ki qaldı Avropanın alternativ mənbələr hesabına qaz almasına, ilk növbədə, deyim ki, Avropa üçün Azərbaycan, Norveç, ABŞ, Qətər, Əlcəzair qazı var. Bu ölkələrdən Avropaya təbii qazın çatdırılması üçün əlverişli loqistika mövcuddur. Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra Avropa alternativ qaz marşrutları üçün öncədən tədarükünü görüb. Bir sadə həqiqəti də yaddan çıxarmaq lazım deyil ki, Tramp prezidentlik səlahiyyətinə başladıqdan sonra Avropa ölkələrindən daha çox ABŞ-dan təbii qazın almasını tələb edəcək”,- deyə İvan Us vurğulayıb.




Baxış sayı: 75
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30