FACT-INFO.AZ » CƏMİYYƏT » Mixail Qusman: Mən Vətənim Azərbaycanı sonsuz məhəbbətlə sevir və onun barəsində düşünürəm
8-02-2017, 09:30 | CƏMİYYƏT
Mixail Qusman: Mən Vətənim Azərbaycanı sonsuz məhəbbətlə sevir və onun barəsində düşünürəm

O, öz ailəsi, Bakıda keçirdiyi uşaqlıq və gənclik illəri, öz sənəti və “Formula vlasti” müəllif proqramının qonağı olmuş məşhur adamlar haqqında danışıb.

Mixail Qusman “Formula vlasti” proqramının müəllifi və aparıcısı kimi dövlət və hökumət başçılarından 350-dən çox müsahibə alıb. Aparıcı Leonid Velexovun üç ən yaxşı müsahibənin adını çəkmək barədə xahişinə cavab olaraq, jurnalist Çin lideri Tszyan Tszemin, Səudiyyə Ərəbistanının Kralı Abdulla ilə yanaşı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin də adını qeyd edib: “Heydər Əliyev. Hətta mənə elə gəlir ki, burada, hər şey aydındır. Ona görə ki, mənim formalaşmağım partiya təşkilatının, respublikanın birinci şəxsi kimi Heydər Əliyevin dövründə olub. O, Sovet Azərbaycanına uzun illər rəhbərlik edib. Mən isə orada komsomol idim. Mən həmişə deyirəm: “L.Brejnevi hər yerdə yaxşı qarşılayırdılar. O D.Kunayev, V.Şerbitski ilə dostluq edirdi. Lakin o, “Qazaxıstan iri addımlarla irəliləyir” deməyib, “Ukrayna irəli addımlarla irəliləyir” də deməyib. Amma o deyib: “Azərbaycan iri addımlarla irəliləyir”... Azərbaycanın uğurları, nəticələri L.Brejnevi belə sözlər deməyə sövq edib. Bu, mübaliğə deyil.

Heydər Əliyev, əlbəttə, əfsanəvi siyasətçi idi. Mənim nəzərimdə təəccüb doğuracaq zəkaya və fenomenal yaddaşa malik idi. Bu müsahibə 2002-ci ildə olub. Özü də mən ondan yarım saatlığa xahiş etmişdim, lakin biz üç saat danışdıq! Mənə elə gəldi ki, bu, etiraf söhbətidir. O, heç vaxt bu cür böyük müsahibə verməmişdi. Bu, çox gözəl söhbət idi. Onu əbəs yerə “hakimiyyət ustadı” adlandırmayıblar. Fikrimcə, onun siyasi istedadına görə Azərbaycan həddindən artıq kiçik ölkə idi. Elə buna görə də Andropov onu Siyasi Büroya dəvət etdi... Əminəm ki, Andropov bir neçə il yaşasaydı, Heydər Əliyev sovet hökumətinin başçısı ola bilərdi.

Mixail Qusman müsahibəsində deyib ki, o, hər ad gününü Bakıda qeyd edir. “Mən Bakını, öz doğma şəhərimi sevirəm və hər dəfə imkan düşəndə oraya gedirəm. Orada mənim valideynlərim dəfn edilib. Əgər mən heç olmasa ayda bir dəfə hər hansı bazar günü onların məzarına baş çəkməsəm (çünki bir qayda olaraq, qəbiristanlığa bazar günlərində gedirlər), özümü pis hiss edəcəyəm. Anam çoxdan – 1977-ci ildə vəfat edib. Atam onun yoxluğuna çox tab gətirə bilmədi. Ona görə də mən o vaxtdan çalışıram ki, ayda heç olmasa bir dəfə valideynlərimin məzarı üstünə gedim”, - deyə M.Qusman bildirib.

Jurnalist hər il Azərbaycanın paytaxtında keçirilən Bakı Humanitar Forumundan danışaraq deyib: “Xoşbəxtəm ki, Rusiya və Azərbaycan tərəfindən təsis olunan, indi isə iki prezidentin – Vladimir Putin və İlham Əliyevin himayəsi altında keçən beynəlxalq humanitar foruma bağlılığım var”.

Aparıcı Leonid Velexovun onun özünü qafqazlı, rus və ya yəhudi hesab etməsi barədə sualını Mixail Qusman belə cavablandırıb: “Ömrümün böyük hissəsini boya-başa çatdığım Bakı şəhərində keçirmişəm... Bakılı kimi bir millətin mövcudluğu barədə sözlər əbəs yerə deyilmir. Mən 10 il məktəbdə oxumuşam. Sonra öyrəndim ki, sinfimizdə on bir millətdən uşaqlar təhsil alıblar. Ailəmizin dörd nəsli Pyotr Montin küçəsi 111 ünvanında yaşayıb. Ev indiyədək qalır... 1899-cu ildə tikilmiş üçmərtəbəli binadır. Biz ikinci mərtəbədə yaşayırdıq. Orada doqquz mənzil vardı və altı millətin nümayəndələri yaşayırdılar... Mən bunu yenə də sonralar başa düşdüm. Uşaq vaxtımdan yalnız bütün bayramların – rus Pasxası, müsəlman Novruzu, yəhudi bayramlarının necə qeyd edildiyini xatırlayıram. Həmişə də hamı bir-birinə şirniyyat aparırdı. Bayramlarda ən ləzzətli nə hazırlanırdısa, onu qonşular bir-birinə aparırdılar. Bu şəhərdə indi multikulturalizm adlandırılan mühit var idi. Lakin o zaman bunu xüsusi sözlərlə adlandırmırdılar, sadəcə, insanlar bir ailə kimi yaşayırdılar. Bu həqiqətdir, bu, nostalji mifologiya deyil. Bu, əsl həqiqətdir.

Başa düşürsünüz, mən tam rus mədəniyyətinin adamıyam, bununla belə milliyyətə, qana görə yəhudi, tarixi yaddaşa görə Azərbaycan vətənpərvəriyəm. Bütün bunların hamısı məndə birləşib. Mən özümü rus tarixi və xüsusən mədəniyyəti ilə tam eyniləşdirirəm. Mənim qəlbimə yəhudi kökləri yaxındır. Və mən Vətənim Azərbaycanı sonsuz məhəbbətlə sevir, ondan ötrü həyəcan keçirir və onun barəsində düşünürəm”.

Proqramın aparıcısı Leonid Velexov həmsöhbətinin sözlərinə qoşularaq xatırladıb ki, onun da ailəsi Bakı ilə sıx bağlıdır: “Mənim nənəm və babam oradandır. Onlar “Şamaxinka”da yaşayıblar. Babam alman, nənəm isə rus idi. Babam Nobellə birlikdə Bakıya neft çıxarmağa gələn alman ailələrindən idi. Mən də Bakını çox sevirəm. Bu, tamamilə xüsusi bir şəhərdir”.

Aparıcının “Multikulturalizm, gözəl qadınları (hər halda bunlar təkcə Bakı şəhərində deyil) ilə yanaşı, Bakının sirri nədədir?” sualına Mixail Qusman belə cavab verib: “Mən Bakıya gələndə, xüsusilə də hava günəşli olanda (belə günlər orada çox olur) şəhərdə gəzməyi sevirəm. Bir dəfə şəhərdə gəzirdim və qarşıdan qızlar gəlirdi. Baxıb gördüm ki, mənim tanış qızım gəlir. Yalnız yaxınlaşandan sonra başa düşürəm ki, o, mənim tanışımın nəvəsində yerində olar. Bax bu, çoxlu qanların qarışdığı bakılı qızın tipajıdır... Maraqlıdır. Çox-çox əvvəl, hələ komsomolda işlədiyim vaxt fikir verdim ki, 1970-ci illərdə müxtəlif millətlər arasında ən çox nikah Bakıda olub. Mən özüm yarıpolyak olan azərbaycanlı ilə ailə qurdum. Bunlar hamısı qarışıb. Bu da mühitə təsir etməyə bilməzdi. Bu, beynəlxalq münasibətlərə təsir etməyə bilməzdi”.

1990-cı ilin yanvar hadisələrindən danışan Mixail Qusman Bakıda və Sumqayıtda baş verənləri təxribat adlandırıb: “Mən həmin vaxt artıq Moskvada yaşayırdım. Ona görə də təəssüf ki, mənim təsəvvürüm hər halda bitkin olmayacaq. Hesab edirəm ki, bunlar böyük və qorxunc təxribatlar idi. Hər şeydən əvvəl, başa düşmək lazımdır ki, Sovet İttifaqı... Sovet xüsusi xidmət orqanları ittifaq respublikalarında baş verən mərkəzdənqaçma qüvvələrindən narahat olmuşdular. Bu təkcə Pribaltikada deyil, Azərbaycanda da, Gürcüstanda da, Qazaxıstanda da baş vermişdi. Bu, hər yerdə oldu. Düşünürəm ki, bu ərazilərdə münaqişələr, savaş yaratmaqla çalışırdılar ki, yerli elita kömək üçün mərkəzə müraciət etsin. Axı bunların arxasında duran adamlar təsəvvürlərinə gətirmirdilər və hətta güman etmirdilər ki, bununla onlar Sovet İttifaqının dağılmasına kömək edirlər. Onlar bunu başa düşə və təsəvvür edə bilməzdilər. İndiyədək nə baş verirsə, oradan - Sovet İttifaqından qaynaqlanır. Bunların hamısı təxribat xarakteri daşıyır və düşünülmüş şəkildə edilmişdi. Mən, məsələn, bakılıların tolerantlığına, azərbaycanlıların tolerantlığına inanıram. Bütün bunlar cəmiyyətin ən aşağı təbəqəsinə hesablanmış məqsədyönlü təxribatlar idi. Əslində adamları təxribata yönəltmək elə də çətin deyil. Mən deyə bilmərəm ki, bakılılar ermənilərə nifrət edirlər. Mən bunu bu gün də hiss etmirəm. Lakin həmin təxribatların nəticələri, əlbəttə, gələcək nəsillər üçün nifrət toxumları cücərdib”. (AZƏRTAC)

 




Baxış sayı: 2 159
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30