APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.
Y. Mahmudov bildirib ki, 9 min kv.km. torpaq ermənilərə müəyyən şərtlərlə verilib:
“Bu sənədləri xaricdən Tarix İnstitutuna gətirmişik. Həmin torpaqlarda azərbaycanlıların yaşamasının təmin edilməli, Şaumyanın başçılığı altında soyqırımlara son qoyulmalı, Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli idi. Ancaq bu şərtlərin hamısı pozuldu. Ona görə də biz bu torpaqlara varislik məsələsini qaldırmalı və Milli Məclisdə bununla bağlı müvafiq addım atmalıyıq. Biz həmin sənədlərin hamısını parlamentə təqdim etməyə hazırıq”.
Y. Mahmudov prezident İlham Əliyevin çıxışlarında da dəfələrlə həmin torpaqların Azərbaycan xalqına qayıdacağını vurğuladığını xatırladıb:
“Ona görə də parlament o torpaqlara varisliklə bağlı müvafiq sənəd qəbul etməlidir”.
Baxış sayı: 1 849
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

