Məlumata görə, Elmi Şuranın iclasında Tarix İnstitutunun 2017-ci il üçün elmi-tədqiqat işlərinin planı təsdiq olunub. Plana əsasən, institutda 3 cildlik “Azərbaycan tarixi”, "Zəngəzur tarixi", "Şəki tarixi" çap olunacaq.
Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, “Azərbaycan tarixi”nin yeni nəşrində əsas diqqət Azərbaycanın tarixi torpaqlarının tədqiq olunmasına yönəldiləcək: “Bizim heç kəsə ərazi iddiamız yoxdur. Ancaq öz tariximizə sahib çıxırıq. Tarixi torpaqlarımızın: İrəvanın, Zəngəzurun, Göyçənin və digər tarixi ərazilərimizin keçmişini araşdırırıq”.
İnstitut direktoru iclasda elan edib ki, bu ilin aprelində türk-müsəlman əhaliyə qarşı soyqırımlarına həsr olunmuş sayca 4-cü beynəlxalq elmi konfrans olacaq.
İclasda çıxışı zamanı Y.Mahmudov əlavə edib ki, bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalıb: “İnstitutun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsi bu məsələ ilə bağlı mətbuatda öz kəskin etirazını bildirərək Azərbaycan və rus dillərində bəyanat yayıb”. (525.az)
Baxış sayı: 1 826
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

