FACT-INFO.AZ » CƏMİYYƏT » Azərbaycanın Milli Qəhrəmanının xatirəsi “İsgəndər qalası”nda yad edilib
18-08-2015, 11:25 | CƏMİYYƏT
Azərbaycanın Milli Qəhrəmanının xatirəsi “İsgəndər qalası”nda yad edilib

Bu qalanın müdafiəsi uğrunda neçə-neçə igidimiz şəhidlik zirvəsinə ucalıb. Onlardan biri də adı bu qalada əbədiləşən, Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Söhrab oğlu Aznaurovdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həlak olduğu vaxtdan 22 il keçsə də, axıska türkü İ.Aznaurovu nə gədəbəylilər nə də hərbi qulluqçularımız heç vaxt unutmurlar. İgid topçunun xatirəsi avqustun 16-da – onun ad günündə hörmət və ehtiramla yad edilib.

Anım mərasimində iştirak etmək üçün bölgəyə gələn Müdafiə Nazirliyinin rəsmiləri, veteran döyüşçülər əvvəlcə hərbi hissənin qərargahı qarşısında qəhrəmanın büstü önünə qırmızı qərənfillər düzərək xatirəsini yad ediblər. Sonra avtomobil karvanı “İsgəndər qalası”na doğru istiqamət götürüb.

“İsgəndər qalası”nda xatirə lövhəsi önündə keçirilən anım mərasimində polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən oğullarının xatirəsi dövlətimiz və xalqımız tərəfindən həmişə əziz tutulur, onların adları əbədiləşdirilir, həyat və döyüş yolları yetişməkdə olan gənc nəsil üçün örnəkdir.

Qeyd olunub ki, İsgəndər Aznaurov Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində anadan olub. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra Daşkənd İrriqasiya İnstitutunda təhsil alıb. Sonra bir müddət Daşkənd vilayətinin Axanqaran rayonunda çalışıb. 1990-cı ildə Özbəkistanda milli zəmində toqquşmalar baş verəndə ailəsi ilə birlikdə Azərbaycana pənah gətirib və Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıb.

Erməni işğalçılarının torpaqlarımıza basqını İsgəndərin də qəlbini qəzəb və intiqam hissi ilə coşdurub. O, 1992-ci ilin baharında könüllü olaraq yeni yaranan Azərbaycan Ordusunun sıralarına daxil olub.

İ.Aznaurov peşəkar hərbçi kimi, düşmənin mühüm hərbi bazalarının məhv edilməsində, texnika və canlı qüvvə sarıdan xeyli itki verməsində şəxsi rəşadət və şücaət nümunələri göstərib.

Polkovnik Oruc Abdullayev isə çıxışında qeyd edib ki, İsgəndər bu zirvədən düşmən üzərinə od ələyərək bir gündə onların dörd topunu sıradan çıxarıb, onlarla erməni yaraqlısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıdıb. Döyüşçülərimiz İsgəndərin qəhrəmanlıq ənənələrini bu gün də yaşadırlar.

Baş leytenant Mübariz Xələfi Nazdıxanyal uğrunda gedən döyüşlərdə İsgəndərin göstərdiyi qəhrəmanlıqlar haqqında aşıqların dastan qoşduğunu bildirib.

“Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Məhəmməd Vəliyev İsgəndər Aznaurovun 1993-cü il aprelin 18-də həlak olduğunu xatırladaraq qeyd edib ki, qəhrəman döyüşçümüzə yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə yenidən qayıdışından sonra layiq olduğu “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib və xatirəsi əbədiləşdirilib.

“İsgəndər qalası”nın müdafiəçilərindən Rövşən İsmayılov, Səxavət Eldarov, Darvin Seyidov, Samir Abduləzimov və başqaları çıxış edərək bildiriblər ki, İsgəndər bu qalanı öz qanı bahasına qoruyub. Biz də “İsgəndər qalası”nın keşiyində ayıq-sayıq dayanmışıq. Vətən qarşısında əsgəri borcumuzu şərəf və vicdanla yerinə yetirir, Ali Baş Komandanın hər bir əmrinə hər an hazırıq. “İsgəndər qalası” düşmənə göz dağıdır. Hər gün atəşkəs rejimi bir neçə dəfə pozulsa da, biz onları vaxtında susdurur, göz açmağa qoymuruq. Xalqımız və qəhrəman İsgəndərin övladları əmin olsunlar ki, biz Milli Qəhrəmanımızın qisasını artıqlaması ilə almışıq. İgid İsgəndərin davamçıları tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızı azad edərək xalqımızı qələbə müjdəsi ilə sevindirəcəklər.

 
 



Baxış sayı: 2 378
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30